"Kəskin revmatik qızdırma zamanı həkimlərin diqqətini ilk cəlb edən kliniki əlamətlərindən biri oynaqların zədələnməsidir" A- / A+


Nərminə Abbasova: "Revmatik xəstələrə mümkün qədər diaqnoz erkən qoyulmalı, vaxtında və düzgün müalicə başlanılmalı, profilaktik tədbirlər həyata keçirilməlidir"



Revmatik xəstəliklər təbabətə məlum olan ən qədim patologiyalardandır. Qədim həkimlər hesab edirdilər ki, beyində əmələ gələn "ilkin şirə" bədənin müxtəlif hissələrinə axaraq xəstəlik törədir. Hazırda revmatik xəstəliklər qrupuna 120-dən çox xəstəlik və sindrom daxildir. Revmatizm də bu qrupa daxil olan patologiyalardandır. Müasir təsnifatlara əsasən revmatizm əvəzinə "kəskin revmatik qızdırma"dan istifadə olunur. Dünyanın bütün ölkələrində yayılmış bu xəstəliyə 7-15 yaşlı uşaqlar arasında daha çox rast gəlinir. Kəskin revmatik qızdırma 30 faiz hallarda ailəvi xarakter daşıyır. Beləliklə, müsahibimiz Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasovadır.


-Nərminə xanım, revmatik xəstəliklər hansı əlamətlərlə özünü göstərir?

-Bu xəstəliyin inkişafını şərti olaraq üç əsas mərhələyə bölmək olar. Birinci mərhələ adətən keçirilmiş anginadan, skarlatinadan və ya kəskin nazofaringitdən sonra 2-4 həftə ərzində davam edir, simptomsuz və ya uzanmış sağalma əlamətləri ilə keçir. İkinci mərhələ xəstəliyin əsas klinik əlamətlərinin meydana çıxması ilə xarakterizə olunur. Xəstəlik kəskin, tədricən, hətta bilinmədən başlaya bilər. Müayinə zamanı ürək tərəfindən dəyişikliklər, leykositoz, eritrositlərin çökmə sürətinin artması, anemiya aşkar edilir. Bəzən isə kəskin revmatik qızdırma xoreya əlamətləri ilə başlayır. Müxtəlif simptomlar xəstəliyin gedişindən, ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif forma və kombinasiyalarda ola bilər. Üçüncü mərhələ - qayıdan kəskin revmatik qızdırmanın müxtəlif əlamətləri - ürək qüsurunun proqressivləşməsi və hemodinamik pozğunluqların inkişafı ilə xarakterizə olunur.


-Kəskin revmatik qızdırmanın əsas klinik əlaməti nədir?
-Kəskin revmatik qızdırma zamanı həkimlərin diqqətini ilk cəlb edən kliniki əlamətlərindən biri oynaqların zədələnməsidir. Bu, bir qayda olaraq iri oynaqların simmetrik, uçuğu xarakterli zədələnməsi ilə xarakterizə olunur. Belə ki oynaqlarda dözülməz ağrılar, şişkinlik, dəri örtüyünün qızartısı, az nəzərə çarpan defiqurasiyası olur. Bəzən oynaqların belə klassik zədələnməsi deyil, bir neçə gündən 3-4 həftəyə qədər davam edən oynaq ağrıları müşahidə olunur. Xəstəliyin əvvəlində çox da büruzə verməyən, lakin həyat üçün ən təhlükəli əlamət ürəyin zədələnməsidir. Patoloji proses bir qayda olaraq ürəyin bütün təbəqələrini əhatə edir. İlkin olaraq miokardit, onun fonunda isə endokardit və perikardit inkişaf edir. Miokard, perikard və endokard prosesə ardıcıl qoşulur və müxtəlif variantlarda rast gəlinir. Əsas obyektiv simptomları taxikardiya, küylər, ürəyin böyüməsi, ürək çatışmazlığı, atrioventrikulyar keçiriciliyin ləngiməsi, perikarditdir.


-Kəskin revmatik qızdırmanın təkrar baş qaldırması mümkündürmü?

-Bəli, vaxtında diaqnoz qoyulmadıqda, müalicə-profilaktika tədbirləri gecikdikdə, yaxud müalicə səriştəsiz aparıldıqda kəskin revmatik qızdırmanın təkrar baş qaldırması mümkündür. Təkrar hücum, əsasən burun-udlaq infeksiyasından və ya paraallerqik təsirlərdən, soyuqlama, fiziki gərginlikdən sonra müşahidə olunur. Xəstələrin əksəriyyətində problemin təkrarlanması kəskin başlayır, öz fəallığı və gedişatı ilə əvvəlkini təkrar edir. İkinci hücum zamanı 95 faiz, sonrakı hücumlar zamanı isə 100 faiz ürək zədələnir. Bir neçə hücumdan sonra ürəyin xroniki revmatik xəstəliyi inkişaf edir və əksər hallarda qazanılmış ürək qüsuru formalaşır. Kəskin revmatik qızdırma zamanı birləşdirici toxumada patoloji proses dörd ardıcıl fazadan ibarət olur. Bu prosesin yalnız birinci - mukoid şişmə fazası geri qayıdır. Odur ki, mümkün qədər diaqnoz erkən qoyulmalı, vaxtında və düzgün müalicə başlanılmalı, profilaktik tədbirlər həyata keçirilməlidir.



DİQQƏT!


Əgər Revmatik xəstəliklərlə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:


TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96


ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.


шаблоны для dle 11.2
Tarix: 20-09-2020, 01:54







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?