"Fəqərəarası disk yırtığı və ya protruziyası diaqnozu qoyulduqdan sonra dərhal müalicəyə başlamaq lazımdır" A- / A+
Nərminə Abbasova: "Bel-oma yırtıqları cinsi zəifliyə, diqqət çatışmazlığı sindromuna gətirir"

Bu gün bir çox xəstəliklər sanki cavanlaşıb. Elə xəstəliklər var ki, artıq kütləvi xarakter almağa başlayır. Bu baxımdan fəqərəarası yırtıq xəstəliyi də insanları daha çox narahat edir. Bəs bu xəstəliyi necə müalicə etmək olar? İnsanlar bu xəstəliyə tutulmamaq üçün hərəkətlərini necə tənzimləməlidirlər? Bu və digər suallarımızı Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova cavablayıb.

 -Nərminə xanım, fəqərəarası yırtıqların əmələ gəlməsinə əsas səbəb olan amillər hansılardır?
-Fəqərəarası yırtıqların əmələ gəlməsinə səbəb olan əsas amillər - onurğa sütununda olan zədələr; həddindən artıq yük qaldırma, xüsusən əgər yük götürərkən insan sağa-sola dönürsə; qamətin düz olmaması, skolioz; əzələ sisteminin zəif olması; fəqərəarası disklərdə su-duz mübadiləsinin pozulması; irsi amil; qocalıq – fəqərəarası diskdə qocalma prosesi ilə bağlı diskin elastikliyinin itirilməsidir. Artıq çəki yuxarıda göstərilən amillərin təsirini sürətləndirir.

-Fəqərəarası disk yırtığı özünü hansı əlamətlərlə büruzə verir?
-Bu əlamətlər dönmə və qəfil hərəkət zamanı onurğa sütununda şiddətli ağrının yaranması; ayaq və əl barmaqlarında zəiflik, keyimə hissiyatı; beldə daimi küt ağrı, onurğa sütununun hərəkətinin məhdudlaşması; daimi baş ağrıları, başgicəllənməsi, qan təzyiqinin tez-tez dəyişməsi; ayaqlarda, arxa və ya yan hissədə, yuxarıdan başlamış dabana doğru irradiasiya edən ağrı; vegetativ sinir mənşəli narahatçılıq - qısa yaddaşın pozğunluğu, qulaqlarda cingilti, insanın mütəmadi olaraq əsəbi və aqressiv olması, yuxu pozğunluqları,istəksizlik və halsızlığın müşahidə olunmasıdır. Bel-oma yırtıqları cinsi zəifliyə, diqqət çatışmazlığı sindromuna gətirir. Onurğa yırtığı zamanı xəstəliyin kliniki əlamətləri yırtığın onurğa sütununun hansı hissəsində yerləşməsindən də asılıdır. Ağır hallarda yırtıq onurğa beynini də zədələyə bilər. Bu çox ciddi bir vəziyyət və sağlamlıq üçün həyəcan təbilidir. Çünki zədələnmiş onurğa beyni səviyyəsində ətraflarda (qol və qıçlarda) iflic, sidiyi və nəcisi saxlaya bilməmə vəziyyəti yarana bilər.

-Fəqərəarası disk yırtığının diaqnostikası necə edilir?
 -Həkiminiz müayinədən sonra fəqərəarası oynaqları göstərən rentgen müayinələri tələb edə bilər. Onurğanın quruluşunun daha detallı olaraq qiymətləndirilməsi üçün maqnetik rezonans müayinəsi həyata keçirilər, bənzər şəkildə detalları görmək üçün kompüterli tomoqrafiya müayinəsi və ya bir lomber mieloqramma məsləhət görülə bilər. Bu müayinələrin hər biri problemin varlığı, yeri, onurğa kanalı daralması və sinir kökünün sıxışması haqqında məlumat verir.
Fəqərəarası disk yırtığı və ya protruziyası diaqnozu qoyulduqdan sonra dərhal müalicəyə başlamaq lazımdır. Müalicənin məqsədi ağrının aradan qaldırılması, hərəkətin təmin edilməsi, itirilmiş funksiyaların bərpası, xroniki ağrı yaranmasının qarşısının alınmasıdır. Konservativ üsul özündə gündəlik yaşam fəaliyyətini düzəltmək, istirahət təşkil etməklə yanaşı medikal müalicəni birləşdirir.

- Bəs fizoterapiya necə aparılır?
-Fizioterapiya iki hissəyə bölünür - Elektroterapiya və Reabilitasiya. Elektroterapiya müxtəlif tibbi avadanlıqlarla gerçəkləşən müalicə üsuludur. Ağrıkəsici cərəyanlar, qısa dalğa diatermi, ultrasəs, lazer, traksion (mexaniki) müalicə üsullarından ibarətdir. Həkimin məsləhəti ilə elektroterapiya üsulu gündə 45 dəqiqə - 1 saat arasında 15-21 seans tətbiq olunur.
Reabilitasiya isə itirilmiş funksiyaların bərpası və təkrar sosial həyata qayıtmaqdır. Xəstənin vəziyyətinə görə ən qısa zamanda xüsusi hərəkətlərdən ibarət proqrama başlamaq lazımdır. Müalicənin faydası ağrının azalması, əzələdə qüvvənin artması, belin üzərinə düşən mexaniki stresin azalması, bədənin fiziki vəziyyətinin yaxşılaşması, qamətin düzəldilməsi ilə nəticələnir.
Hidroterapiya isə hovuz müalicəsidir. Hovuz terapiyası müalicəvi idman hərəkətlərinin su içində tətbiq olunmasıdır. Suyun fiziki xüsusiyyətləri xəstənin sağalmasında bilavasitə rol oynayır. Hidroterapiyanın müsbət cəhəti ondan ibarətdir ki, suda bədən ağırlığının təsirinin itməsi sayəsində fəqərələrə və fəqərəarası disklərə düşən yük azalır, onurğa sütunu yüngülləşir, əzələlər qrupu məşq edilərək bərkiyir.
Biopunkturaya gəlincə, bu, təbii dərman maddələrinin orqanizmə parenteral yolla (iynə ilə) yeridilməsidir. Bu üsul akapunktur, nevralgiya və homotoksikologiya əsasında yaradılıb. 4-5 mm ölçüyə qədər boyun və döş fəqərəsi yırtıqları, 7-8 mm ölçüyəqədər olan bel yırtıqlarında 3 aylıq kursdan sonra yarıya qədər və daha çox azalmağa nail olunur. Bu da xəstənin günlük yaşam aktivetisini geri qaytarır və itirlmiş funksiyalar bərpa olunur.
Tibbi masaj elektroterapiyadan sonra məsləhətdir, əlavə olaraq palçıqla və naftalanla müalicə, manual terapiya.
Bu sadaladığım üsullar fəqərəarası yırtıqların müalicə göstərişləridir.Nəticə vermədiyi halda cərrahi müdaxiləyə ehtiyac var.

-Nərminə xanım, onurğanı sağlam saxlamağın qaydaları hansılardır?
-Çox gözəl sualdır. Sağlam onurğa üçün şərti olaraq 10 qayda müəyyən olunub:
 1.Sizin üçün ağır olan əşyaları qətiyyən qaldırmayın, çəkməyin və itələməyin. 2.Boynunuzu, kürəyinizi, belinizi düzgün və taraz tutun. 3.Uzun müddət eyni vəziyyətdə qalmayın. 4.Oturduğunuz, yatdığınız və işlədiyiniz şəraiti ideal vəziyyətə gətirin. 5.Hərəkətsiz qalmayın.6.İdmanla onurğa əzələlərini çalışdırın.7.Tullanarkən beliniz boşluğa düşməsin.8.Stressdən uzaq olun.9.Siqaret və alkoqol istifadə etməyin.10.Artıq çəkinizi azaldın.
Yeri gəlmişkən, onurğa sütununun fəqərəarası disk yırtığından müalicə olmaq istəyənləri Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edirəm:
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

Ətraflı müsahibəyə görə təşəkkür edirəm.


 


шаблоны для dle 11.2
Tarix: 25-08-2020, 00:28







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?