"Soydaşlarımız milli birliklərini azərbaycançılıq ideyasının işığına toplaşmaqla əldə edə bilərlər" A- / A+
Cəvahir Əhmədov: "Hər zaman vətən sevgisi ilə yaşayırıq"

Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın vətən həsrəti, yurd sevgisi artıqca, onların azərbaycançılıq ideyasına bağlılığı daha da güclənir. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmalarını davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində  Türkiyədəki Azərbaycan Qadınları Mədəniyyət Mərkəzinin qurucusu və sədri Cəvahir Əhmədovanın "News12.az"a müsahibəsini təqdim edirik.

-Diasporun inkişafında və formalaşmasında azərbaycançılıq ideologiyasının nə kimi rolu var?
-Yaşadığım ölkə olan Türkiyədə Azərbaycana olan sevgi, məhəbbət çox uzun illərə gedib çıxır. Bizlər hələ SSRİ-nin işgalında olduğumuz zamanları burada Azərbaycan həsrəti ilə yaşayıb, Vətəninə həsrət, haqq dünyasına gözü açıq köç edib gedənlər çox olub. Hələ o illərdə diaspor deyilən nə bir təşkilat, nə də qurum varmış. Azərbaycan tarixi o qədər zəngin olub ki, nefti, qazı xarici kapitalistlərin diqqətindən yayınmayıb. Azərbaycanlıların qəhrəmanlığı, şücaəti çox ölkələrə yayılıb, tanınıb. Şərqdə ilk türk dövləti olan AXC  və onun qurucularının diplomatik görüşləri bəhrə verib. O zaman xaricə oxumaq üçün göndərilən 100 tələbə gəncin təməlini qoyduğu diaspor 100 illər bundan öncə yaranmış. Getdikləri ölkələrdə, oxuduqları universitetlərdə Azərbaycanı təbliğ etmişlər, tanıtmışlar. O adsız qəhrəmanların ruhu qarşısında baş əyirik, rəhmətlə yad edirik. Sağlam qoyulan bu təməl bu günlərimizə qədər gəlib çıxdı, sağlam toxumların meyvələri verməyə başladı.

-Dünya azərbaycanlıları azərbaycançılıq ideyası ətrafında birləşə bilibmi?
-Dünyada  50 milyondan çox Azərbaycan türkü yaşayır. Hələlik tam birlikdən, bütövlükdən danışa bilmərik. Pərakəndə halında fəaliyyət göstərilir. Bəzən parçalanmalar müşahidə olunur. Dünya azərbaycanlılarını bir araya gətirən, onların inam və güvənini artıran ideoloji güc azərbaycançılıq ideyasıdır. Düşünürəm ki, soydaşlarımız milli birliklərini azərbaycançılıq ideyasının  işığına toplaşmaqla əldə edə bilərlər.

-Azərbaycançılıq ideyasının yayılmasında və təbliğində xaricdəki soydaşlarımızın üzərinə hansı məsuliyyət düşür?
-Xaricdə yaşayan çox istedadlı, savadlı insanlarımız var. Onlar işləri, əməlləri ilə işlədikləri, oxuduqları, yaşadıqları ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Onların bu işləri görməsinə ürəklərindəki vətən sevgisi məcbur edir.
 Biz hər zaman vətən sevgisi, vətən həsrətilə yaşayırıq. Burada ata-babaları Azərbaycandan köçüb gələn soydaşlarımız yaşayır. Onlardan eləsi var ki, iki övladı dünyaya gəlib; birinin adı Azər, o birinin adı isə Baycandır. Yəni hər gün onların evindən "Azərbaycan" sözü eşidilir. Bəzi valideynlər isə övladlarına Araz, Həsrət, Vətən adlarını qoyublar. Onlar bəlkə heç məktəb bitirməyiblər. Diasporla da əlaqələri yoxdur. Amma o adları övladlarına qoymaqla vətən niskilinə su səpmiş olur və azərbaycançılığı yaşadırlar.
Diaspor kiminsə diasporu olmamalıdır, millətin diasporu olmalıdır. İnsanlar bu təşkilatlara inanmalıdır. Bu inam olmayınca, birlikdən, bərabərlikdən danışa bilmərik. Bunun üçün də var gücümüzlə azərbaycançılıq ideyasını təbliğ etməliyik.

Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 18-08-2020, 14:57







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?