"Azərbaycançılıq ideyası milli birliyimizdir" A- / A+
Azərbaycançılığın təbliği yolunda fəaliyyət hər azərbaycanlı üçün milli kimliyin ortaya qoyulmasıdır. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmalarını davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Dünya Ana və Uşaqlar İctimai Birliyinin sədri, diaspor sahəsində fəallıq göstərən Dünya Əliyevanın KANAL 5-ə fikirlərini təqdim edirik.

-Dünya azərbaycanlıları araslnda milli birliyin yaranmasında azərbaycançılıq ideyasının nə kimi rolu var?
-Azərbaycanın dövlət müstəqilliyini qazandığı, müasir dünya ilə çoxşaxəli əlaqəiərini qurub inkişaf etdirdiyi dövrdə Azərbaycan aspektləri diqqəti daha çox cəlb edir. Azərbaycançılığın bir ideologiya olaraq məqsədi dünyadakı mövqeyini müəyyənləşdirməkdir. Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində-Azərbaycanda, İranda, Rusiyada Türkiyədə, Gürcüstanda, ABŞ-da, Kana dada, Hollandiyada, Ukraynada, Belarusda, ingiltərədə, Almaniyada və digər yerlərdə yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr vardır: Bu, ana dilidir, ata yurdu Vətəndir, tarixən formalaşmış etnik-mədəni sistemdir siyasi fəaliyyətində müstəqil Azərbaycan dovlətinin daxili möhkəmliyin beynəlxalq nüfuzunu qorumaq nə qədər möhtəşəm yer tutursa, dünya azərbaycanlılarının milli birliyi, dünya xalqları arasında özünəlayiq movqe qazanması da o qədər mühüm əhəmiyyət daşıyır. Müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji siyasi köməyi böyük rol oynayır. Bir xalq olaraq əsas vəzifələrimizdən biri həm həmrəyliyi gücləndirməkdən, həm də azəbaycancılığı daha ardıcıl, daha intensiv xarakter almasını təmin etməkdən ibarət olmalıdı. Dünyadakı müxtəlif Azərbaycan icmalarının nümayəndələri dünya azərbaycanlılarının milli birlik uğrunda mübarizəni Azərbaycanın dövləti siyasəti səviyyəsinə qaldırmalı və bu yolda var gücünü sərf etməlidir

-Azərbaycançılıq ideyası milli düşüncənin inkişafı, vətənpərvərliyin artması baxımdan nə dərəcədə önəmlidir?
-Azərbaycançılıq ideyasının təbliği bizə hava və su kimi lazımdır. Heç bir ölkə vahid ideyası olmadan uzun və davamlı tərəqqi yoluna qədəm qoya bilməz.  Vətənə, millətə, azərbaycançılıq ideologiyasına sevgi ailədən başlamalı, daha sonra təhsil müəssisələrində, cəmiyyətdə təbliğ olunmalıdır. Hər bir azərbaycanlı Azərbaycan dilini, mədəniyyətini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini yaşatmalı, azərbaycançılıq ideyasının təbliğində öz töhfəsini verməlidir.
Azərbaycançılıq ideologiyasının formalaşmasına, milli dəyərlərə söykənərək müasir zamanın süzgəcindən keçib millətimizi bir olaraq işıqlı gələcəyə  yüksəlməsinə ehtiyac vardır. Azərbaycançılığın daha geniş təbliğ edilməsinin hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyətli olmalidi. Azərbaycançılıq təkcə vətəni, dövləti sevmək deyil, hər bir şəxsin  sabit və davamlı inkişafı, dəyişən dünya reallıqlarına uyğun olaraq təhlükəsizliyi üçün çalışması deməkdir.  Amma Azərbaycan vətəndaşı hər nə etsə də, ilk növbədə Azərbaycan dövlətçiliyinə, Azərbaycan dövlətinin qüdrətlənməsinə kömək etməyə çalışmalıdır. Bu hər bir Azərbaycan vətəndaşının borcudur. Dünyada yaşayan azərbaycanlıların bir Vətəni var - Azərbaycan.

-Azərbaycançılıq ideologiyasının təbliğ olunmasına nə dərəcədə ehtiyac var?
-Azərbaycançılıq ideyası milli kimliyimiz, milli birliyimizdir. Bu, tarix boyu xalqımızın əzab-əziyyəti, canı, qəhrəmanlığı bahasına nail olduğu ən böyük mənəvi sərvətidir. Dünya azərbaycanlılarının azərbaycançılıq ideyasının təbliği milli   ümumi maraqları, ölkənin ərazi bütövlüyünün qorunmasına xidmət edərək gələcək nəsillərə də Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmağı, azərbaycanlı olduğuna görə daim qürur hissi keçirməyi ozünə fəxr bilməlidir. Azərbaycançılıq ideyasının təbliği dövlətçilik və vətənpərvərlik  ideyalarına söykənməlidir: Azərbaycan ərazisində yaşayan insanların vahid dövləti var. Həmin vahid dövlət də Azərbaycan Respublikasıdır. Həmin dövlətin vətəndaşları irqindən, dinindən, siyasi baxışından asılı olmayaraq, vahid ideyaya - Azərbaycan dövlətinin qorunması, saxlanılması ideyasına qulluq etməlidir. Dövlətçilik təməl ideyasına da dəstək verən ikinci təməl ideya vətənpərvərlikdir. Azərbaycan Respublikasının ərazisində yaşayan hər bir kəs Azərbaycan Respublikasının bayrağına, gerbinə, himninə, konstitusiyasına hörmət etməlidir.



Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 14-08-2020, 06:40







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?