“Ekoturizmin təbliği üçün ETSN ilə DTA birgə reklam və marketinq planlamaları hazırlamalıdırlar” A- / A+
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsini icra etməyə başlayıb. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir. Layihə çərçivəsində ekoturizmin sosial və internet mediada təbliğinə aid yazılar, ekspertlərlə müsahibələrin hazırlanması və “Yenimedia.info” saytında yerləşdirilməsi nəzərdə tutulub. Bu sıradan yeddinci yazını –  ekspert Rauf Qadirli ilə layihə çərçivəsində eksklüziv müsahibəni təqdim edirik:
  • Rauf bəy, ekspert olaraq, ekoturizmin internet və sosial mediada təbliği ilə bağlı nələri təklif edərdiniz?
Mən Rauf (Abduloğlu) Qadirli Göyçay şəhərində doğulmuşam. 2013-2018 ci illərdə Qırgızıstan-Türkiyə “Manas” Universitetində Turizm fakültəsinin Restoran işi və Kulinariya bölümündə təhsil almışam. Məhz bu illər ərzində Azərbaycanda (New Baku hotel və Hyatt regents Baku) , Qırğızıstan( Kaynar Catering) və Türkiyədə (Rixos Premium Belek, The Land of legends by Rixos) tanınmış otel və restoranlarda həm nəzəri, həm də praktik biliklərimi təkmiləşdirmişəm. Qırğızıstan 5 ulduzlu otellərdə işcilərin motivasiya gəlişimi haqqında olan çalışmam Doç. Dr. Erkan AKGÖZ tərəfindən, həmçinin İNESS – 2018 Kongresində jurilər tərəfindən təsdiqlənən məqalələrdən biri olmuşdur. Hal-hazırda Türkiyədə The Land of Legends by Rixos otelində 2 ilə yaxındır ki, işləyirəm.
Öncə qeyd edim ki, ekoturizm deyərkən, kiçik qrupların təbiətlə baş-başa qalması başa düşülür. Yəni insanların meşədə, dağda və ya göl ətrafinda dincəlməsi və istirahət etməsinə ekoturizm adını vermək olar. Azərbaycanın gözəl təbiət guşələri və təbii sərvətləri o qədərdir ki, oturub saysaq, bitməz. Özəlliklə, 1982 ci ildən sonra yaradılmış 7 dövlət qoruğumuz(Şirvan, Hirkan, Bəsitçay, Ağgöl, Qarayazı, İsmayıllı və Şahbuz) və bir milli parkımızı (Zəngəzur milli parkı) Azərbaycan ekoturizminə misal göstərə bilərik.
Günümüzdə Şahdağ milli parkı (Cənubi Qafqazın ən böyük parkı) , Göygöl milli parkı, Hirkan ve Şahbuz millli parkları Azərbaycanın Ekoturizminin əsrarəngiz gözəllikləridir.
Azərbaycan ekoturizmi, məncə, daxili turizmdə heç də diğər ölkələrdən geri qalmır,çünkü biz Azərbaycan xalqı ailələrimizlə istirahətə doğal təbiətlə baş-başa qala biləcəğimiz yerləri seçirik, lakin xarici turizmdə yetərincə istədiyimiz səviyyədə deyilik. Gələn əksər turistlərə Azərbaycanın gözəl təbiətini yetərli səviyyədə nümayiş etdirə bilmirik. O ki qaldı internet ve sosyal mediada yeni-yeni kiçik və orta yapılı şirkətlər Azerbaycan ekoturizmini reklam etməyə başlamışlar.
İlk növbədə, bu sahədəki çatışmazlığı aradan qaldirmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Turizm Agentliyi əməkdaşlıq edərək iri çaplı reklam və marketinq planlamaları hazırlamalıdırlar. Məhz bu reklam və marketinq işləri doğru həyata keçirildiyi zaman xarici turistləri Azərbaycan ekoturizminə cəlb edə bilərik.
Kiçik və orta həcmli səyahət agentlikləri otel turizminə deyil, kampinq turizminə yönəlməlidir. Bu sahədə insanların təbiətlə birləşməsinə nail olmaqla  ondan həzz almasını təmin edə bilərik.шаблоны для dle 11.2
Tarix: 10-08-2020, 21:57







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?