"Ən vacib ideoloji xətlərdən biri də azərbaycançılıq ideologiyasının təbliğ olunmasıdır" A- / A+
Fərid Cəfərli: "Polşaya gələn həmvətənlərimizin mütləq əksəriyyəti vətənpərvər gənclərdir"

Xaricdəki azərbaycanlı gənclərin fəaliyyəyində azərbaycançılıq ideyası önəmli faktordur. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında axtarışlarını davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərlinin "News12.az"a müsahibəsini təqdim edirik.
Xatırladaq ki, Fərid Yasin oğlu Cəfərli 1988-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2005-ci ildə 138 saylı tam orta məktəbi bitirib. Həmin il Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 2009-cu ildə təhsilimi müvəffəqiyyətlə başa vurub. Ardınca, bir il müddətində Azərbaycan Milli Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 2010-2011-ci illlərdə Çexiyanın Praqa şəhərində yerləşən Nyu-York Universitetində (University of New-York) kommersiya hüququ (Commercial Law) ixtisası üzrə magistratura təhsili alıb.
2011-ci ildən Polşada Azərbaycan Gənclər Birliyinin İdarə Heyətinin üzvüdür. 2011-ci il 26 fevralda Polşanın Vrotslav və 2013-cü ildə Varşava şəhərlərində “Xocalıya ədalət” kampaniyasının təşkilatçılığında yaxından iştirak edib.
2018-ci ildə Polşa Azərbaycanlı Gənclər Şurasında sədr müavini, həmçinin 2018-19-cu illərdə Polşa Azərbaycanlıları Birliyinin regionlar üzrə koordinatoru olub. 2019-cu ildə Polşa Azərbaycanlıları Birliyinə sədr seçilib. Hazırda Polşada özəl şirkətlərdən birində hüquqşünas kimi çalışır.

-Azərbaycan gənclərinin fəaliyyətində azərbaycançılıq ideyasının nə kimi önəmi var?
-Bilirik ki, hər bir Azərbaycan ailəsində övlad tərbiyə edərkən onun valideynləri onun vətəndaşlıq borcunu, cəmiyyət qarşısında borcunu, düşmən qarşısında necə hərəkət etməli olduğunu və bu kimi ideoloji  məsələləri ona başa salır. Və siz bilirsiz ki, diaspor həm siyasi sahədir, Azərbaycanın xarici siyasətinin bir hissəsidir, eyni zamanda ideoloji məsələdir. Bu baxımdan Azərbaycan gənclərinin diaspor fəaliyyətində və
formalaşmasında azərbaycançılıq ideyası böyük qüvvəyə malikdir.
-Azərbaycançılıq ideyası gəncləri nə dərəcədə bir araya toplaya bilər?
-Xaricə gələn hər bir azərbaycanlının qarşısında duran ən önəmli məsələlərdən biri də Azərbaycanın xaricdə milli maraqlarının müdafiə olunması, Azərbaycanın xaricdəki imicinin formalaşmasına xidmət etməkdir. Mən Polşada diaspor rəhbəriyəm və görürəm ki, Polşaya gələn həmvətənlərimizin mütləq əksəriyyəti vətənpərvər gənclərdir. Onlar da öz birliklərini hər bir məsələdə nümayiş etdirirlər. Onlar bilirlər ki, bizim görəcəyimiz ən öndə məsələ azərbaycançılıq ideologiyası əsasında formalaşaraq Polşada milli maraqlarımızın müdafiə olunmasıdır və bu yolda onlar bizə böyük dəstəklərini nümayiş etdirirlər. Mən fürsətdən istifadə edib burada yaşayan həmvətənlərimizə, xüsusən də gənclərə, bizə dəstək verən azərbaycanlılara təşəkkürümü bildirirəm və onları daim bir olmağa çağırıram.

-Azərbaycançılıq ideyasının təbliğ olunmasına nə dərəcədə ehtiyac var?
-Ən vacib ideoloji xətlərdən biri də təbii ki, azərbaycançılıq ideologiyasının təbliğ olunmasıdır. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi azərbaycançılıq ideologiyası Azərbaycanı qoruyub saxlamaq və müstəqilliyimizi təmin etməkdir. Biz hal-hazırda müstəqil dövlətik və bu dövləti, onun müstəqilliyini qoruyub saxlamaq, dünyanın hər bir nöqtəsində onun maraqlarını müdafiə etmək bizim ən prioritet istiqamətlərimizdən biri olmalıdır.

Ədil Ədilzadə
 
шаблоны для dle 11.2
Tarix: 4-08-2020, 22:37







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?