"Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin mövcudluğunun və əbədiliyinin zəmanətidir" A- / A+
Dünya azərbaycanlılarının milli inkişaf yolunun formalaşmasında azərbaycançılıq ideyasının önəmli rolu var. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi "Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi" layihəsi əsasında bu istiqamətdə araşdırmalarını davam etdirir. Məqsəd azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadənin "News12.az"a müsahibəsini təqdim edirik.

-Azərbaycan xalqının milli inkişaf yolunun formalaşmasında azərbaycançılıq ideologiyasının önəmi nədən ibarətdir?
-Dünyada elə xalqlar var ki, onların dövləti yoxdu. Dövlət və dövlətçilik özü özlüyündə dəyərdir, Vətən və torpaq qədər əziz dəyər. Bilirsiniz ki, tarixdə xalqlar dövlət yaratmaq üçün illərlə, əsrlərlə mübarizə aparıb, qurbanlar verib. Azərbaycan dövlətini də heç kim bizə hədiyyə etməyib. Bu dövlətçilik əcdadlarımızdan bizə qalan mirasdır. Bu mirası qorumaq və gələcək nəsillərə ötürmək ən ali məramlardan biridir. İdeologiya dövlətin onurğa sütunudur. İdeologiya hazırlanarkən mütləq şəkildə xalqın dünəni, bu günü və sabahı nəzərə alınmalıdır. Gerçək və praqmatik olmalı, emosiyalara və müvəqqəti hədəflərə əsaslanmamalıdır.
Azərbaycan çox spesifik bir bölgədə yerləşir. Ölkəmiz çoxmillətli bir cəmiyyətdir. Ona görə də bütün Azərbaycan vətəndaşlarını, diasporumuzu bir araya gətirə bilən yeganə doğru ideologiya Azərbaycançılıqdır. Əslində bizim ideologiyamızın əsas istiqamətləri və təməli bayrağımızda rəmzi şəkildə öz əksini tapmışdır. Türkçülük, demokratik inkişaf, mədəni - mənəvi dəyərlər və dini etiqad. İdeologiya bu təməllər üzərində qurulmalıdır. İdeologiya Azərbaycanın bütün təbəqələrini bir yumruğa çevirməyə qadir olmalıdır. Azərbaycançılıq ideologiyası milli kimlik və özünüdərk baxımından bu gün həyati əhəmiyyətli zərurətə çevrilib. İdeologiya kökümüzə, dəyərlərimizə, irsimizə bağlılığımızı qorumaqla, davamlılıq, müasirlik, varislilik və uzaqgörənlikdir.  
 
-Azərbaycançılıq ideyasının dünya azərbaycanlılarının birliyində nə kimi rolu var?
-Azərbaycançılıq ideologiyası dövlətçiliyin möhkəmləndirilməsi ilə yanaşı xüsusilə də dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün çox vacibdir. Biz öz hədəflərimizə və məqsədlərimizə yalnız o halda nail ola bilərik ki, eyni nöqtəyə vuraq. Bizi bir araya gətirə biləcək yeganə qüvvə Azərbaycançılıq ideologiyasıdır. Məncə, ermənilərin 12 iyul tarixində Tovuz istiqamətində təcavüz cəhdinə cavab olaraq, dünya azərbaycanlılarının ayağa qalxması, reaksiyası “Azərbaycan” və “Qarabağ” şüarları məhz bu ideologiyanın nəticəsidir. Tarix göstərir ki, xalq öz faciələri ətrafında daha sıx birləşir. Tarixi və əzəli torpaqlarımızın işğal olunması xalqımız üçün faciədir. Ona görə də bizi bir araya gətirən əsas güc bu gün Qarabağdır. Dinindən, məzhəbindən, milli mənsubiyyətindən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəs Qarabağ üçün canından keçməyə hazırdır. İdeologiyanın qarşısında mütləq konkret məqsəd və hədəf olmalıdır. Bu gün məqsədimiz də, hədəfimiz də Qarabağdır. Qarabağ qaytarıldıqdan sonra digər hədəflərimizə yönələrik.  
Bir amili də xüsusilə qeyd etmək istəyirəm, dünya azərbaycanlıları bir sıra ölkələrdə imkanları çərçivəsində bəzi hallarda fərdi qaydada, bəzən isə kiçik təşkilatlarla Azərbaycan naminə fəaliyyət göstərir. Azərbaycana sadiq olan vətənpərvər insanların səylərinin eyni hədəflərə yönləndirilməsi üçün əməli işlər görülməlidir.

-Azərbaycançılıq ideologiyasının təbliğ olunmasına nə dərəcədə ehtiyac var?
-Azərbaycançılıq ideologiyası mütləq şəkildə təbliğ olunmalı və müasir reallıqlara uyğunlaşdırılmalıdır. İdeoloji təbliğat dövlətçiliyin əsas istiqamətlərindən biridir, digər tərəfdən bu ideologiya gənclərə təbliğ olunmalıdır. Çünki azərbaycançılıq ideologiyası dövlətçiliyimizin mövcudluğunun və əbədiliyinin zəmanətidir. Tovuza təcavüz zamanı gənc nəslin nümayəndələrinin izdihamı, onlarda olan milli ruhun oyanışı məncə bu ideologiyanın nəticəsidir. Həmçinin, biz azərbaycançılıq ideologiyasını beynəlxalıq səviyyədə də təbliğ etməliyik. Çünki bizim ideologiyamız bəzi ölkələr kimi təcavüz və işğalçılıq prinsiplərinə deyil, ümumbəşəri dəyərlərə əsaslanır.

Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 22-07-2020, 14:14







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?