Samişünaslığa dair monoqrafiyalar nəşr olunub A- / A+
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin əməkdaşları Təranə Hüseynbalayeva və Heybət Heybətovun samişünaslığa dair monoqrafiyaları nəşr olunub.


Şərqşünaslıq fakültəsindən AZƏRTAC-a bildirilib ki, “Sami dilləri tarixi” və “Sami dillərinin müqayisəli qrammatikası” kitablarının hazırlanmasında respublikamızda çapdan çıxmış dilçilik əsərləri ilə yanaşı rus, Avropa, ərəb və İsrail samişünaslarının əsərlərindən, həmçinin bu sahə üzrə dünyanın müxtəlif ölkələrində çap edilmiş dövri elmi nəşrlədən istifadə olunub.
Samişünaslıq müstəqil elm sahəsi kimi XIX əsrdə formalaşmağa başlayıb. Qrammatikaya aid mühüm əsərlər, lüğətlər, çoxcildli tarixi kitablar, ədəbiyyat topluları, orta əsr sami filoloqlarının əsərlərinin təhlili və s. tədqiqat işləri çap edilib, nəticədə samişünaslıq müxtəlif qollara bölünüb.шаблоны для dle 11.2
Tarix: 12-02-2021, 21:59







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?