Şanlı Qələbəmiz Misirdəki azərbaycanlı uşaqların gözü ilə A- / A+
Qahirədəki Misir-Azərbaycan Dostluq Cəmiyyətində azərbaycanlı uşaqların Vətən müharibəsində şanlı Qələbəmizə həsr edilmiş rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.AZƏRTAC xəbər verir ki, “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin təşkil etdiyi sərgidə azərbaycanlı uşaqların çəkdiyi əsgərlərimizin qəhrəmanlığı, Şuşa və Ağdama həsr olunan rəsmləri nümayiş etdirilib. Balacalar Vətən, Ordumuz haqqında ürək sözlərini də söyləyiblər.
Sərginin təşkilatçısı, “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirov bildirib ki, Vətən müharibəsi günlərində azərbaycanlı ailələrdən olan uşaqlar müzəffər olaraq Ordumuzun qəhrəmanlığı haqqında şeir və rəsm əsərlərini diaspor mərkəzinə göndəriblər.
Diaspor təşkilatı adından balacalara hədiyyələr təqdim edilib.шаблоны для dle 11.2
Tarix: 24-12-2020, 01:43







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?