“Sülh və Arzular”: Uşaqların gözü ilə - Vitrual Sərgi A- / A+

Niderlandın Mine Mark Fondu, partlayıcı müharibə qalıqları ilə əlaqəli təhlükələr barədə məlumatlılığı artırmaq məqsədilə “Sülh və Arzular”: Uşaqların gözü ilə adlı virtual sənət sərgisini təşkil edir. 15 dekabrda başlayan sərgidə Avstraliya, Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Xorvatiya, Almaniya, İtaliya, Hollandiya, Norveç, Polşa və Ukrayna olmaqla on iki fərqli ölkədən 102 uşağın ərsəyə gətirdiyi ümidlər və xəyallar mövzusunda rəsmlər nümayiş etdirilib.Sərgi, konfliktlərin müxtəlif mərhələlərini əks etdirən Azərbaycan, Bosniya və Herseqovina, Ukrayna və konfliktli olmayan ölkələrdən ibarət dörd bölməyə ayrılmışdır. Azərbaycanın Bakı, Ağdam, Şuşa, Şəmkir, Cəbrayıl, Tərtər, Cocuq Mercanlı, Ağstafa, Laçın, Zəngilan daxil olmaqla müxtəlif bölgələrindən olan uşaqlar, o cümlədən məcburi köçkün uşaqları sərgidə iştirak etmişdir.

Gənc rəssamların bəziləri mina və digər müharəbə qalıqlarının təsirinə malik olan ərazilərdə, bir qrupu müharibələrin davam etdiyi bölgələrdə yaşayırlar. İştirakçıların digər bir qrupu isə öz həyat təcrübələrində konflikt və partlayıcı müharibə qalıqlarının təsirini yaşamamışdır.

Minaların təsirindən zərər görən bölgələrdə yaşayan uşaqların göndərdiyi rəsmlərlə mina təhlükəsi yaşamayan uşaqların göndərdiyi rəsmlər arasında kəskin fərqlər nəzərə çarpır. Dünyanı uşaqların gözü ilə təsvir etməkdə məqsədimiz minaların uşaqların həyatlarına və arzularına necə təsir etdiyini və Mina Riskləri ilə bağlı təhsilə olan ehtiyacı vurğulamaqdır.

Niderlandın Mine Mark Fondu, heç bir insanın partlayıcı müharibə qalıqlarının qurbanına çevrilmədiyi və insanların mina təhlükələrindən uzaq yaşadığı bir dünyanı hədəfləyən qeyri hökumət təşkilatıdır. 2019-cu ildə Mine Mark Fondu Azərbaycanın Cocuq Mərcanlı kəndinə səfər etmiş və uşaqlar üçün mina təhlükəsizliyi haqqında proqram həyata keçirmişdir.

Sərgini izləmək üçün: https://www.minemarkexhibition.org/
Mine Mark Fondu haqqında məluman üçün: https://www.minemark.org/шаблоны для dle 11.2
Tarix: 23-12-2020, 01:06







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?