Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabın təqdimatı keçirilib -FOTOLAR A- / A+

 


“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin mərkəzində ərəb dilində Azərbaycan dilinin qrammatikası kitabının təqdimatı olub.

News12.az xəbər verir ki, t ədbirdə çıxış edən diaspora sədri tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycan dili ilə ərəb dili arasındakı əlaqələrdən və Azərbaycan dilində minlələrlə ərəb dillindən alınma sözlərin olduğunu qeyd etmişdir.
S.Nəsirov Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. Xalqlarımız arasında əlaqələrin inkişafında Azərbaycan dilinin tədrisi əvəzsiz rol oynadığını da qeyd edən diaspora sədri kitabın əhəmiyyətindən də söhbət açmışdır.
Sonra kitabın müəllifi misirli İsra Adil Mahmud təlif etdiyi "Azərbaycan dilinin qrammatikası" kitabı haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. İsra xanım kitabın əsas iki hissədən ibarət olduğunu bidirib. Kitabın birinci hissəsində, Azərbaycan dilinin qrammatikasını ərəb dilinidə sadə şəkildə izah etdiyini vurğulayan müəllif, ikinci hissəsinin əsasən dialoq olmaqla yanaşı, Azərbaycanın böyük şəhərləri, dahi, görkəmli və tanımmış şəxsləri haqqında da yazdığını diqqətə çatdırıb. İ.Adil bu kitabın Misirdə, ərəb dilində, Azərbaycan dilinin qrammatıkasını izah edən ilk kitab olduğunu da qeyd etmişdir.
İsra xanım çıxışının sonunda ona Azərbaycan dilini öyrədən Seymur Nəsirov başda olmaqla müəllimlərinə və Azərbaycan diaspora mərkəzinin idarə heyətinə öz dərin minnətdarlığını bildirərək, gələcəkdə bu sahədə çalışmalarını davam etdirəcəyini qeyd etmişdir.
Qeyd edək ki, İsra Adil Qahirə Universitetinin ədəbiyyat fakültəsində ilk Azərbaycan dilini dərsini alandan sonra iki ildir ki, Qahirədə diaspora mərkəzində Azərbaycan dilini öyrənir. Hal-hazırda Misirin müxtəlif universitetlərində təhsil alan dünyanın 27 ölkəsindən olan 300 dən çox tələbə, Azərbaycan dili başda olmaqla müxtəlif fənnlər üzrə Qahirədəki Diaspora Mərkəzində ödənişsiz təhsil alırlar.
Tədbirin sonunda İsra Adil, Azərbaycan dilinin yayılmasında göstərdiyi səylərə görə diaspora tərəfindən mükafatlandırılıb.


 
шаблоны для dle 11.2
Tarix: 27-01-2020, 12:52







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?