Nurel Kərim: "2019-cu il Bakı Dövlət Universiteti" A- / A+
 
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Nurel Kərim: 2019-cu il Bakı Dövlət Universiteti
 
(İlin yekunu)
2019-cu il Azərbaycanda "islahatlar ili” kimi yadda qaldı. "Doing Business-2019” hesabatına əsasən Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsi sırasında yer aldı. Ümumilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, yeni mərhələyə adlamış, Azərbaycan dünya dövlətləri arasında lider dövlətlər sırasına adını yazdırmışdır.  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü buna əyani misaldır.
Bütün sahələrə olduğu kimi təhsil sahəsinə də ölkə başçısının diqqəti və qayğısı daim hiss olunmuşdur. Bunun nəticəsi olaraq 2019-cu ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 2.3 milyarda çatdırılmışdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məktəb tikinti sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır.
Təhsil sahəsindəki yeniliklər ölkənin ən aparıcı, ən əzəmətli və ən qocaman universiteti - Bakı Dövlət Universitetindən də yan keçmədi. Bu il 100 yaşını qeyd edən elm məbədinə Prezident cənab İlham Əliyevin 11 mart 2019-cu il tarixli sərəncamına əsasən yeni rektor təyin edildi. Elçin Babayev universitet kollektivi ilə ilk görüşündə dövlət başçısının təhsil sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqli şəkildə icrasının təmin ediləcəyini bildirmişdi. Rektor təyin olunduğu gündən tələbələrlə səmimi davranışı, işçi heyəti ilə mehribanlığı artıq Bakı Dövlət Universitetinə həqiqətən də yeni nəfəs gəldiyinin müjdəçisi idi.
 
Universitetin 100 illiyi "Qara Dəniz Universitetləri” şəbəkəsində, Parisdə UNESCOnun Baş Qərargahında, Vyanada, Moskvada, Azərbaycanın demək olar ki bütün universitetlərində təntənə ilə qeyd edildi, 26 noyabr tarixində Bakı Konqress Mərkəzində ölkə başçısının iştirakı ilə möhtəşəm yubiley tədbiri keçirildi. Təkcə xatırladıqlarımı saysaq Bakı Dövlət Universitetinin əməkdaşları və tələbələri bu 9 ay ərzində Sivas Cümhuriyyət Universitetində, İranda beynəlxalq elmi festivalda, Oksfordda, ERASMUS Beynəlxalq Akademik Araşdırmalar Simpoziumunda, Birləşmiş Nüvə Tədqiqatları İnstutunda,  İsveçdə MAGNUS, Budapeşt, Vyana şəhərlərində İBS Beynəlxalq Biznes məktəbinin təlimlərində, Yaponiyada səfərdə oldular. Həm ölkəmizi, həm universitetimizi layiqincə təmsil etdilər.
Cənab rektor Elçin Babayevin gəlişindən sonra "İDEC” (Narkotiklə mübarizə), "Springer Nature Author Workshop”, "Kəpənək effekti”, "Breaking News!”, "Clarivate Analytics” təlim və treninqlər universitetdə keçirilməyə başladı.  YARAT müasir incəsənət məkanının təşkil etdiyi seminarlar isə əksər tələbələrin o cümlədən mənim də çox böyük marağımı cəlb etmişdi.
Bakalavr təhsilimi tamamladıqdan sonra magistr təhsilimi xarici dövlətlərin birində almağı düşünürdüm. Ona görə də BDUnun xarici universitetlərlə əlaqələrini sıx izləyirdim. Fransanın "Lion-2”, Almaniyanın "Berlin Humboldt”, Braziliyanın "Rio-de-Janeyro”, Türkiyənin "Sivas Cümhuriyyət Universiteti” və s. Universitetlərlə bağlanmış müqavilələr (Lion-2 ilə ikili diplom razılığı əldə olunub) qısa müddətdə böyük əlaqələr deməkdir.
Elçin müəllimin bütün fakültələrlə müntəzəm görüşlər təşkil etməsi, yaradıcı gəncləri diqqətdə saxlaması onu tələbələrə sevdirən əsas xüsusiyyətidir. Mən bir gün ərzində Elçin Babayevlə Cocuq mərcanlı səfərində oldum və həqiqətən də tələbələrin dediyi səmimiliyin canlı şahidi oldum. Son görüşümüzdə bizə qucaq açan, problemlərimizi dinləyən və hər birimizi öz övladı kimi qorumağa çalışan rektorumuza gələcək fəaliyyətində də uğurlar arzu edirəm.
 
Universitetimizdə bu il tanış olduğum növbəti dəyərli insan isə Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyevdir. Tələbə Həmkarlar İttifaqı Komitəsində Sosial məsələlər üzrə müavin olduğum üçün bütün layihələrimiz, tədbirlərimiz, seminarlarımız Əliş müəllimin tabeliyindədir. Artıq 3 aya yaxındır icra etdiyim vəzifəmdə bəzən gün ərzində dəfələrlə narahat etsəm də, sənədlərdə və təqdimatlarda müəyyən səhvlər olsa da hər zaman səbr və diqqətlə məni qəbul etmiş, bütün işlərimizdə öz köməyini əsirgəməmişdir.
Təxminən 1 ay öncə 1 tələbə bizə yemək kuponları ilə bağlı müraciət etmişdi. O tələbə ilə bağlı daha sonra ümumi şöbəyə də məlumat verildiyini xəbər tutdum. Ləman xanım həmin gün içərisində 2 dəfə tələbə ilə maraqlandı və hal-hazırda da bu məsələni öz diqqətində saxlayır.
Universitetimizin hər zaman sevilən başqa simaları da var. Mühafizənin rəis müavini Paşa dayı, fotoqraf Salam dayı, mədəniyyət klubunun müdürü Bayram müəllim, futbol komandamızın məşqçisi Cavid müəllim və əlbəttə ki, mətbuat və informasiya şöbəsinin müdiri, dosent Pərvanə İbrahimova xanım. Bütün tədbirlərdə Pərvanə xanımı görmək mümkündür. İstər Paris olsun, istər Vyana, istər Bakı. Pərvanə xanım qələminin kəsərini hər zaman qoruyub saxlamağı bacarır. Universitetimizlə bağlı bütün xəbərləri anında Pərvanə İbrahimovadan almaq mümkündür. Xidmətləriniz əvəzsizdir.
Təhsil aldığım Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin dekanı professor Zeynal Həsənalıyevə və dəyərli müəllimim, dekan müavini İkram müəllimə də mənə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm. Fakültəmizin sürətli inkişaf yolunda olmasının bariz nümunəsi ölkənin və ölkə xaricindəki təmsilçilərimizin əksəriyyətinin məzun olduğu fakültənin məhz elə Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi olmasıdır.
 
Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatında da 2019-cu ildə yenilik oldu. Dəyərli dostum Nicat İsmayılov təşkilatın sədri seçildi. Qardaş təşkilatla son aylar qurulan sıx əlaqələr sayəsində tələbələr artıq seçim arasında qalmır, hər iki təşkilatla iş fəaliyyətini davam etdirə bilir. Ortaq təşkil edəcəyimiz layihələr və seminarlara isə həmişə müsbət baxan Nicat müəllimə təşəkkür edirəm.
Sonda 1 ildən çoxdur çalışdığım, mənə doğma, əziz olan Tələbə Həmkarlar İttifaqı Komitəsi. 2019-cu ilin birinci yarısında bizə dəstək olan, köməklik göstərən Daşqın müəllimə, bütün uğurlarımı borclu olduğum Manaf müəllimə və THİK Sədr müavini olmağımda ən böyük dəstəyi mənə göstərən, hər zaman arxamda olan  Tələbə Həmkarlar İttifaqı Komitəsi ailəsinə dərin təşəkkürlərimi bildirirəm.
Yeni 2020-ci ilin ölkəmizə və universitetimizə düşərli olmasını arzu edirəm. Bir daha Bakı Dövlət Universitetinin tələbəsi və əməkdaşı olduğum üçün qürur duyuram!
шаблоны для dle 11.2
Tarix: 5-01-2020, 13:17







TAM XƏBƏR
Facebook
Foto

Oqtay Əsədovun seçiciləri ilə görüşlər keçirilir-FOTOLAR

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?