Ehtiram Hüseynov üçün ÖZƏL GÜN A- / A+

 Bu gün Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının "Əməkdar artist"i Ehiram Hüseynovun doğum günüdür. Xanəndənin 39 yaşı tamam olur.

Ehtiram Hüseynov 1980-cı il oktyabr ayının 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşdur.. Əslən Daşlı kəndindəndir. 1986-cı ildən Hacısamlı kənd 8 illik məktəbində təhsil alıb. 1992-ci ildə Laçın rayonunun erməni işğalçıları tərəfindən işğal olunması səbəbilə təhsilini Bakı şəhəri Binəqədi rayonu Biləcərəri qəsəbəsindəki 284 saylı orta məktəbində davam etdirmişdir. Uşaqlıq illərində "Ağdam muğam məktəbi"ndə musiqi təhsili alıb. 1994-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin "Bənövşə uşaq xoru"nda musiqi fəaliyyəti göstərib.
1997-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub və buranı uğurla bitirib.
2007-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə həyata keçirilən Azərbaycan Televiziyasının "Muğam" televiziya müsabiqəsində iştirak etmişdir. Bu müsabiqədə 2-ci yerə layiq görülmüşdür.
2008-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olub. Azərbaycan Milli Konservatoriyasının magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Bir çox xarici ölkələrdə qastrol səfərlərində iştirak edib.
2011-ci ildə Beynəlxalq muğam müsabiqəsinin qalibi olub. Hazırda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.
Prezident İlham Əliyevin 20 dekabr 2017-ci il sərəncamı "Əməkdar artist" və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının "Əməkdar artist"i fəxri adı ilə təltif olunub.
шаблоны для dle 11.2
Tarix: 18-10-2019, 14:42



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      Məmmədəliyevin hüzr mərasimində

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?