AĞIL YOXSA GÖZƏLLİK... A- / A+
 
Yuxudan oyana bilmirdim,yuxuda olduğumu bilirdim,gözlərimi açmaq istəsəm də,göz qapaqlarım heç cür aralanmırdı.Bədənim ağırlaşıb məni öz içimə,orda getdikcə böyüyüb dərinləşən quyunun dibinə çəkirdi. Çabalayıb məni məngənə kimi sıxan dəmir qəfəsdən çıxmaq istəyirdim,məni saran ağırlıqla çarpışdıqca,daha da dərinə yuvarlandığımı hiss edirdim.Əl- qol atıb,özümü getdikcə yaxınlaşdığım qaranlıq quyudan xilas etməyə çalışırdım.
 
Birdən gözümün qabağında iri dişli,yekə ağızlı gözləri şüşə kimi soyuq,donuq qara bir bədheybət peyda oldu.Donqar belli,nəhəng gövdəli bədheybət şüşə gözlərini düz gözümün içinə zilləyib baxırdı.Bədheybət quyunun düz kənarında dayanıb məni gözləyirdi.Hiss edirdim ki,yaxınlaşan kimi məni quyuya atmaqdır qəsdi.
Bədheybət düz yanımdaydı,üfünət qoxuyan nəfəsi üzümü,boyun- boğazımı dalayırdı artıq.Qolumdan tutub məni quyunun yanına dartı.Quyunun içindən çıxan alov dilləri üzümü qarsırdı.Ona yalvarlrdım
  • məni atma oda,rəhm elə,yazığın gəlsin. Bədheybət dişlərini qıcartdı:
  • Burdan əliboş gedən deyiləm,bir şey aparmalıyam,sənə seçim verirəm.,özün qərara gəlməlisən: ya gözəlliyini,ya da ağlını aparmalıyam.Gözəliyini versən,çox çirkin olacaqsan,üzünə baxmağa qorxacaqlar,insanlardan qaçacaqsan.Amma ağlını versən,gözəlliyinlə yaşaya biləcəksən.Qorxudan bağrım yarılırdı,o,qorxunc gözlərini üzümə zilləyib cavab gözləyirdi.Beynimdə fikirlər bir- birini sürətlə əvəz edirdi:” hansını verim,çirkin olmaq istəmirdim,ağlımdan da keçə bilmirdim.Tələsik ürəyimdə” ağlımı,ağlımı verim,mən bu bədheybət kimi olmaq istəmirəm” qərar verdim.
Ona qərarımı demək istəyirdim,ağzımı aça bilmirdim,çənəm ağırlaşmışdı tərpədə bilmirdim.Bilmirəm necə oldu qonşumuz Çiçək xalanın qızı Günel gəldi gözümün qabağına.O,çox gözəl qızıydı,üzünə baxanda gözlərimi ondan çəkə bilməzdim .Onun on yeddi yaşı tamam olanda havalandl, illərlə xəstəxanaları gəzsə də,dərdinə dərman tapılmadı.Günel ağlını itirəndən sonra saçları pırtlaşdı,heç bir ifadə etməyən gözləri daim bir nöqtəyə zillənib qalardı.Bir neçə ildən sonra o,yüz yaşlı qarıdan seçilmirdi. Sonra kəndimizin ən çirkin qızı Məhtab gəldi gözümün qabağına,o,çirkin olsa da ağıllıydı,elə gözəl toxumalar toxuyub naxış salardı ki, işlərinə baxanda onun çirkinliyini görməzdilər,onun üzünə baxmaq heç kimin yadına düşməzdi, tikdiyi gözəl naxışlara heyran olardı hamı.
Fikrimi dəyişdim,ağlımı vermirəm,gözəlliyimi apar,sənin olsun. Üzümdə Bədheybətin qara tüklü əllərinin soyuq təmasını hiss etdim...
Özümə baxa bilmirdim,gözlərimi özüm özümdən qaçırırdım.Amma sonra çarəsini tapdım.Üzümü niqabla bağladım,bircə gözlərim görünürdü.Bədheybət təkcə gözlərimin mənasımı,işığını apara bilməmişdi.
Həyatımı niqabla davam etdirirdim,hər şeyə alışmışdım,üzümə də. Hər gün Tanrıya ağlımı qorxunc varlığa vermədiyim üçün şükür edirdim...
Bir gün yenə yatmışdım,bədənim yenə ağırlaşıb, məni öz içimə sürüyürdü. Göz qapaqlarım heç cür aralanmırdı...Gözümün alatoranında onu gördüm yenə gəlmişdi bədheybət.
- niyə gəlmisən,indi nə istəyirsən,ən qiymətli sərvətimi aparmısan ,yenə nə istəyirsən.
Bədheybət düz üstümə gəlirdi,mənə yaxınlaşıb əllərini üzümə çəkdi:- səndən aldığımı geri qaytarıram,ağılsız gözəllik heç bir işə yaramadı,kimə verdimsə bədbəxtliyə düçar oldu,gözəllik ağılla bir yerdə olanda qiymətli olurmuş.


Sara İbrahimшаблоны для dle 11.2
Tarix: 24-02-2019, 13:39



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      “Bura Vətəndir”-İşğal altında olan Şuşadan ƏN SON görüntülər

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?