Tolyattidə Xocalı faciəsinə həsr olunmuş “Sonsuz dəhliz” filmi nümayiş olunub A- / A+
 Fevralın 26-da Rusiya Federasiyasının Tolyatti şəhərinin Xalqlar Dostluğu Evində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Tolyatti Azərbaycanlıları Liqası və Samara Azərbaycanlıları Assambleyasısı tərəfindən birgə təşkil edilib. Tədbir iştirakçılarını Tolyatti Azərbaycanlıları Liqasının sədri Ələsgər Əlifov salamladıqdan sonra bir dəqiqə sükut elan edib.Anım mərasimində Tolyatti şəhərinin Milli və Mədəni Birliklərinin Vahid Şurasının sədri Yuri Mixayloviç Demkin çıxış edib. O, Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib, Rusiya xalqlarının dostluğu haqqında kitabı Ələsgər Əlifova "Xalqlar arasında birlik və qarşılıqlı anlaşma heç nəyə baxmayaraq saxlanmalıdır" sözləri ilə təqdim edib. Yuri Mixayloviç çıxışında vurğulayıb ki, o, Azərbaycan xalqının başına gələn Xocalı faciə haqqında bu vaxta kimi bilmirmiş.Digər natiqlər də çıxış edərək Azərbaycan xalqının 29 il bundan öncə öz tarixinin ən dəhşətli səhifələrindən birini yaşadığını qeyd ediblər. Bildirilib ki, bu gün dünya azərbaycanlıları Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Sonra Tolyatti və Samaradakı milli diaspor nümayəndələri Xocalı şəhidləri üçün qurulmuş xatirə lövhəsinin önünə gül qoyublar. Daha sonra Xocalı faciəsi haqqında "Sonsuz dəhliz" ("Endless Corridor") sənədli film nümayiş etdirilib. Filmin prodüserləri Aleksandr Brokas (Litva) və Cerald Rafşundır (ABŞ). Xocalı faciəsinə həsr olunmuş "Sonsuz dəhliz" filmi 2015-ci ildə beynəlxalq səviyyədə debüt edib. Film Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət" kampaniyası çərçivəsində çəkilib. Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. O, ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və səbəbkarları - erməni hərbi komandirləri ilə də söhbət edib. Xatırladaq ki, 26 fevral 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən Xankəndində məskunlaşmış 366-cı keçmiş sovet motoatıcı alayının dəstəyi ilə Azərbaycan Xocalı şəhərinin sakinlərinə qarşı soyqırımı aktı həyata keçirilmişdir.
Qanlı qırğınlar nəticəsində dinc əhaliyə qarşı 613 nəfər qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. Onların bir çoxu əsirlikdən geri qayıtmayıb, onların taleyi haqqında heç nə məlum deyil.
https://www.youtube.com/watch?v=k5vzGkkjvYA&feature=youtu.be

шаблоны для dle 11.2
Tarix: 27-02-2021, 12:26







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?