Şücaətilə əbədiyaşar veteran A- / A+
Mustafa Məmmədov: "Müxtəlif millətlərdən olan bütün insanlar sülh içində yaşamalı və bir-birini dəstəkləməlidirlər"

 İkinci Dünya müharibəsi ən dəhşətli, qanlı, ən həlledici müharibələrdən biri hesab olunur. Bu müharibədə faşizm üzərində qələbə həm də millətlərin birliyi sayəsində əldə olundu. Bu qələbə o vaxt Sovetlər İttifaqının tərkibində olanların da tarixində əsrləri müəyyən edən qələbədir.
Əlbəttə ki, İkinci Dünya müharibəsində Azərbayacının və azərbaycanlıların  rolu əvəsizdir. Xüsusən Böyük Vətən müharibəsinin 70 faiz neftini Azərbaycan təmin edib. Eyni zamanda azərbaycanlılar qəhrəmancasına bu müharibədə döyüşüblər. Mustafa Yusif oğlu Məmmədov da Böyük Vətən müharibəsinin veteranı olub.
Xatırladaq ki, Məmmədov Mustafa Yusif oğlu 9 yanvar 1921-c- il Qərbi Azərbaycanın (İndiki Ermənistan) Gəncə quberniyasının Qazax qəzasının Dilliçan nahiyəsinin Qaraqoyunlu dərəsinin Qararaya  kəndində doğulub. Böyük Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. 77-ci Azərbaycan diviziyasının tərkibində böyük və şərəfli döyüş yolu keçib. Novorossiysk, Kerç uğrunda gedən qanlı döyüşlərdə iştirak edib.
Əfsanəvi diviziyanın zəfər yürüşçüsü

Novorossiysk - Qara dənizdə Rusiyanın ən böyük müdafiə şəhəri idi. Bu şəhər Qara dənizin ən rahat dəniz körfəzlərindən birində yerləşir. 1941-ci
ilin noyabr ayının ortalarında alman-faşist qoşunları Sevastopol istisna olmaqla, bütün Krımı ələ keçirmişdi. Ali Baş Komandanlığın 16 noyabr 1941-ci il tarixli qərarı ilə Novorossiysk Sevastopolun ərzaq təminatı bazası müəyyən edilmişdir. Faşistlər Novorossiysk şəhərinin mühüm strateji əhəmiyyətini nəzərə alaraq, qısa müddətdə limanı məhv etmək və mühasirəyə almağı planlamışdılar.
225 gün sahəsi 30 kvadrat kilometr olan bu plasdarmada qanlı döyüşlər davam edib. Bu ərazini onlarca artilleriya və minaatan batareyası atəşə tuturdu. "Kiçik torpaq" düşmənin böyük qüvvələrini özünə zəncirləyib və 1943-cü ildə onun qoşunlarının darmadağın edilməsində böyük rol oynayıb. Sentyabrın doqquzundan onuna keçən gecə Mustafa Məmmədov uzun müddətdir gözlənilən, uzun aylar davam edən mühasirədən sonra Novorossiyskə hücumda iştirak etməyə hazırlaşırdı.
Şəxsi heyət məsuliyyətli vəzifəni yerinə yetirməli idi: ilk hücum üçün bir yol açmaq lazım idi. O zaman ordunun siyasi bölməsinin rəisi Leonid İliç Brejnev döyüşçülər qarşısında çıxış edərək onları həvəsləndirib.
“Bu çıxış həlledici döyüşə ilham verən, əsgərlərin ürəyinə yatan sözlər idi. Bu, bizə yeni qüvvə və düşməni mümkün qədər tez əzmək arzusu bəxş edən ruhlandırıcı söhbət idi”, - deyə uzun illər sonra öz uşaqlarına Mustafa Məmmədov bildirib.
Həmin gün əsgərlər tərəfindən qəhrəmanlıq möcüzələri göstərilib. Faşistlər bu şiddətli müqavimət qarşısında tab gətirə bilməyiblər. Döyüşlərin birində əsgər Məmmədov ağır yaralanıb. Gelendjikdəki bir səhra xəstəxanasında əməliyyat olunub. Sağaldıqdan sonra yenə də cəbhəyə gedib və yenidən əfsanəvi 77-ci Azərbaycan diviziyasının bir hissəsi olaraq qərbə doğru zəfər yürüşünü davam etdirib.
Onun çoxlu şiddətli döyüşləri olub. O, müharibədə üç dəfə yaralanıb, lakin hər dəfə ölüm ondan yan keçib. Bir dəfə mərmi lap yaxınlığında partlayıb. Bir anda bir neçə adam ölüb, Məmmədov isə kontuziya olub. Yenidən hospitalda müalicə olunub və sonra döyüşə qayıdıb.
Ən şiddətli döyüşlərdən biri Macarıstan və Çexoslovakiyanın sərhədindəki “Podzamok” qalası uğurunda olub. Bir-birinin ardınca faşistlər hücum edib, lakin bütün bunlar uğursuz olub. Almanlar təhlükəsiz bir yerdə gizləniblər. Bu zaman bölük komandiri dörd cəsarətli əsgəri çağırıb. Onların aralarında Mustafa Məmməmdov da olub. Arxadan düşməni gizlincə girib zərərsizləşdirmələri lazım idi. Faşistlər onları o zaman görsə idilər, bütün zərbəni öz üzərlərinə götürməli olacaqmışlar. Cəsur dörd nəfər əsgər tapşırığın öhdəsindən məharətlə gəlib. Sovet qoşunları, düşmənə aman vermədən, alınmaz qalanı alıblar. Uğurla başa çatan əməliyyata görə cəsur dörd nəfər əsgər III dərəcəli “Şöhrət” ordeni ilə təltif edilib. Bir neçə ay sonra sıravi Mustafa Məmmədova başqa bir mükafat - II dərəcəli “Şöhrət” ordeni təqdim edilib. Bir az sonra “Böyük Vətən müharibəsi” ordeni və biri də  “Qafqazın müdafiəsinə görə” medalı daxil olmaqla altı medala layiq görülüb. Qələbə gününü Almaniyanın Maqdeburq şəhərində qarşılayıb.
Mustafa Məmmədov vətəndaşlıq şücaətini öz həyatında göstərib

Müharibə qurtardıqdan sonra dogma el-obasına  qayıdıb, məktəbdə müəllim işləyib. Qazax Dövlət Müəllimlər İnstitutunu bitirib.
Mustafa Məmmədov 1955-ci ildə həyatını gənclik şəhəri Sumqayıtla bağlayıb və 1 yanvar 1970-ci ilə qədər Sumqayıt Boruyayma zavodunda yayıcı işləyib. 2 il 49 saylı OTPM-da tərbiyəçi müəllim, sonralar isə şəhər mənzil istismar idarəsində texniki nəzarətci işləmişdir. İşə vicdanlı münasibət göstərdiyinə görə 11 dəfə fəxri fərmanlarla təltif olunub.
Mustafa Məmmədov təkcə hərbi deyil, həm də vətəndaşlıq şücaətini öz həyatında göstərib. Həyatı boyu ictimai işlərlə məşğul olub. Partiya işçisi olub. Hətta təqaüddə olarkən Müstafa Məmmədov çalışmaqda davam edib, Veteran təşkilatına rəhbərlik edib, ağsaqqalların sədri olub. Böyük Vətən müharibəsində Qələbənin 40-cı ildönümündə Sumqayıtda məhz ona yeni “Əbədi məşəl” abidəsinin alovunu yandırmaq tapşırılıb. Sumqayıtda Leonid İliç Brejnevin 75 illiyi münasibətilə ad gününə təbrik teleqramını Kremlə məhz o göndərib.
Mustafa Yusif oğlu Məmmədov bütün ömrü boyu dürüst yaşayıb, çox çalışıb, övlad böyüdüb, vətənini sevib. Azərbaycanda yaşadıqlarını və düşüncələrini xüsusi bir dəftərə yazıb, orada Böyük Vətən müharibəsi dövründə hamının təkbaşına olacağı təqdirdə ölkənin taleyinin necə inkişaf edəcəyindən danışıb. Yalnız birlikdə, tək bir qüvvə ilə faşistləri məğlub etməyi bacarıblar. O dəhşətli illərdə yan-yana hücuma keçəndə heç kim milli kimlik barədə düşünməyib. Bu əlyazmalar Məmmədovlar ailəsinin ən dəyərli yadigarıdır. Mustafa Məmmədov 2001-ci ilin 09 iyununda Sumqayıtda dünyasını dəyişsə də, onun fikri belə idi ki, müxtəlif millətlərdən olan bütün insanlar sülh şəraitində yaşamalı və bir-birini dəstəkləməlidirlər. Onun bu amalı övladlarına və nəvələrinə ötürülüb! Mustafa Məmmədovun altı (Yusif, Qurban, Məcnun, Hökumə, Rafael və Ramiz) övladı olub. Onun böyük qardaşı Məhəmməd Məmmədov da İkinci Dünya müharibəsində iştirak edərək yaralanıb. Sağaldıqdan sonra ikinci dəfə müharibəyə gedib. Lakin döyüşdə həlak olub. Rostovdakı Qardaşlıq məzarlığında  dəfn olunub. Mustafa Məmmədov böyük qardaşı Məhəmmədin üç övladını öz himayəsinə götürüb.
Bu gün Mustafa Məmmədovun övladları Azərbaycanda və xarici ölkələrdə müxtəlif sahələrdə çalışaraq ictimai-siyasi, sosial-mədəni həyatda və diaspor işində fəallıq göstərirlər.

Ailəsi onun adını şərəflə qoruyur və veteran övladı olmaqda qürur duyurlar

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Müstafa oğlu Məmmədov Azərbaycan diasporunda mühüm yer tutur və əhəmiyyətli rol oynayır. Onun fəaliyyətinin prioritet istiqamətləri-müxtəlif millətlərdən olan insanlar arasında sülhün, dostluğun möhkəmləndirilməsinə kömək etməkdir. “Birlik” üzvləri kütləvi şəhər tədbirlərin təşkilində fəal iştirak edir öz vəzifələrini tam yerinə yetirir, məhsuldar millətlərarası dialoqun möhkəmlənməsinə kömək edir. Hər il mayın 9-da Leninoqorskda “Birlik” Azərbaycan diasporunun sədri Ramiz Məmmədov müəssisə rəhbərləri, şəhər rəhbərliyi, ictimai təşkilatların üzvləri, Böyük Vətən müharibəsinin şagirdləri, veteranları ilə birlikdə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edir, bundan sonra “Əbədi məşəl” önünə gül qoyur. Bütün ailə Böyük Vətən müharibəsi veteranı olmuş Mustafa Məmmədovla haqlı olaraq fəxr edir.
Ramiz Məmmədov atasını fəxrlə belə xatırlayır: “Atam Mustafa Məmmədovun şöhrəti ailəmizin yaddaşında, Azərbaycan və Rusiya, Tatarıstan, Leninoqorsk sakinlərinin yaddaşında əbədi yaşayacaqdır. Atam könüllü olaraq cəbhəyə gedib. Tatarıstan əsilli insanlarla da çiyin-çiyinə vuruşub. Kerç və Novorossiyskini faşist işğalçılarından müdafiə edib, onun kimi cəsarətli insanların müqaviməti sayəsində düşmən bu şəhərləri ala bilməyib. Atam müharibədə üç dəfə yaralanıb, ağır əməliyyat keçirib, lakin o, ruhdan düşməyib. O sağalıb, 77-ci Azərbaycan diviziyasının əfsanəvi 18-ci ordusunun tərkibində müharibədə son günə kimi döyüşüb”.
Bu gün Ramiz Məmmədovun oğlu öz babasının adını daşıyır. Mustafa Məmmədovun ailəsi onun adını şərəflə qoruyur və veteran övladı olmaqda qürur duyurlar.
F.Hüseynzadəшаблоны для dle 11.2
Tarix: 26-02-2021, 15:45







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?