Tatarıstanda diasporumuz "Doğma dil və xalq birliyi ili"nin açılışında iştirak edib A- / A+
 Fevralın 21-də Tatarıstanın Leninoqorks şəhərindəki Mədəniyyət sarayında "Doğma dil və xalq birliyi ili"nin təntənəli açılışı olmuşdur. Bu haqda Leninoqorskda "Birlik" Azərbaycan Milli – Mədəni Muxtariyyəti təşkilatının sədri Ramiz Məmmədov məlumat verib. Təşkil olunmuş sərgidə şəhərin bütün milli koloriti ilə tanış olmaq mümkün idi. Sərgidə Leninoqorskda "Birlik" Azərbaycan Milli – Mədəni Muxtariyyəti təşkilatı da iştirak etmişdir. Səhnədə bir-birinin ardınca milli diasporlar, böyüklər və uşaq vokal və xoreoqrafiya ansamblları çıxış etdi, Leninoqorsk şəhərindəki xalqların güc və qüdrətini, birliyini və dostluğunu göstərdi. "Dilin qorunması xalqın gələcək nəsil qarşısında borcudur, ana dili isə insanın xalqla incə əlaqəsidir. Ən böyük dəyər ana dilidir. Axı hər bir cəmiyyətin, hər bir insanın varlığının əsasında ana dili dayanır. Qoy, bu il işlərimiz gənc nəslin vətənpərvərlik tərbiyəsinə, yaxınlara qayğı göstərilməsinə töhfə olsun", - deyə rayon rəhbəri Raqat Hüsainov qeyd edib. Tədbirin qonağı-Tatarıstan Xalqları Assambleyası Şurasının İcraiyyə Komitəsinin rəhbəri Konstantin Yakovlev müxtəlif tədbirlərə il ərzində zəngin olacağını bildirdi və leninoqorskluları bayram münasibətilə təbrik etdi. Rayon ərazisində 30 - dan çox millət yaşayır, ən çox insanlar xalqların Dostluq Evinin tərkibinə daxildir. Bu, rus, çuvaş, milli muxtariyyətləri, dünya Tatar Konqresinin yerli şöbəsi, Azərbaycan, Ermənistan, Tacikistan və özbək diasporudur. Fevralın 21-də bu mehriban ailəyə Mədəniyyət sarayının səhnəsində təntənə ilə salamlayan kryaşen milli-mədəni muxtariyyəti daxil oldu.
https://youtu.be/sNUKNDJmQCk
шаблоны для dle 11.2
Tarix: 24-02-2021, 18:27







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?