
“Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin sədri Natiq Bağırov belə mühüm tədbirin keçirilməsinə yaratdıqları şəraitə görə Cümə Məscidinin rəhbərliyinə, həmçinin qonaqlara minnətdarlığını bildirib. N.Bağırov öz çıxışında Azərbaycanda baş verən son hadisələr və təqribən 30 il işğal altında olmuş Azərbaycan torpaqlarının azad olunması barədə məlumatları xüsusi vurğulayıb.
Tədbirin aparıcısı, “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin gənclər təşkilatının sədri Olesya Kosoykina bu görüşün təşkilinə və tədbirdə fəal iştirak etdiklərinə görə bütün azərbaycanlı gənclərə minnətdarlığını bildirib.
Süzanna Ağayeva, Səlimə Kamilova, Aysel-Anastasiya Ağalarova, Mariya İsmayılzadə və Tatyana Pilyutikin çıxışları tədbirin xüsusilə yaddaqalan məqamları olub. Onlar Azərbaycana öz sevgilərini Səməd Vurğunun “Azərbaycan” şeiri ilə ifadə ediblər.
Şanda Ağayeva və Hümbət Süleymanov Azərbaycan milli geyimlərinin gözəlliyini və koloritini təqdim ediblər. Azərbaycan barədə videofilmin nümayişi sayəsində qonaqların hər biri bu gözəl ölkənin tarixi və ən yaxşı ənənələri ilə daha yaxından tanış olub.
Filmə tamaşadan sonra məscidin muzeyində çox maraqlı ekskursiya keçirilib. Burada qonaqlara Azərbaycan mədəniyyətinin qədim nümunələrinə baxmaq və onların tarixinə səyahət etmək kimi unikal fürsət yaradılıb.
Tədbirin sonunda qonaqlar Azərbaycanın milli mətbəxinin təamlarından dadıblar.



Tarix: 8-02-2021, 21:36

Digər xəbərlər
ВАРВАРСТВА АРМЯН НАД ОБЪЕКТАМИ КУЛЬТУРНОГО НАСЛЕДИЯ В ОККУПИРОВАННЫХ ТЕРРИТОРИЯХ АЗЕРБАЙДЖАНА
“Post-pandemiya dövründə Azərbaycan diasporunun prioritetləri” mövzusunda onlayn konfrans keçirilib
İqdır Fondundan örnək addım
Asif Əsgərli hakim partiyanın İdarə Heyətinin üzvü seçildi