Azərbaycanın dövlət bayrağı yenidən Krasnoyarsk aeroportunda dalğalanır A- / A+

Məlum olduğu kimi, Beynəlxalq Tələbə İdman Federasiyasının qərarı ilə 2019-cu ilin 2-12 mart tarixlərində Dünya Qış Universiadası Rusiyanın Krasnoyarsk şəhərində keçirilib. Azərbaycan rəsmən bu universiadada təmsil olunmadığına görə Krasnoyarsk aeroportunda dövlət bayrağımız endirilmişdi. Lakin universiadanın bitməsindən uzun müddət keçməsinə baxmayaraq dövlət bayrağımız aeroportda qaldırılmamışdı. Bu da Krasnoyarskdakı soydaşlarımızda narahatçılıq yaratmışdı. Buna görə də Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədr müavini Aqil Cəfərov aeroport rəhbərliyinə məktub ünvanlanmışdı. Bu məsələ ilə bağlı Aqil Cəfərov saytımıza öz fikirlərini bölüşüb: "Məhz bizim məktubdan sonra aeroport  rəhbərliyi məsələyə anlayışla yanaşdı və xahişimizi yerinə yetirdi! Artıq Azərbaycanın dövlət bayrağı yenidən Krasnoyarsk aeroportunda dalğalanır. Qoy Azərbaycan bayrağı ən yüksək zirvələrdə dalğalansın! Yaşasın Azərbaycan!".

Fuadшаблоны для dle 11.2
Tarix: 27-01-2021, 12:20







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?