Norveçdəki Azərbaycan diasporu ermənilərin qarayaxma kampaniyası ilə mübarizə aparır A- / A+
İkinci Qarabağ müharibəsinin başa çatması ilə xaricdəki erməni lobbisi Azərbaycan dövləti və diasporuna qarşı qarayaxma və yalan kampaniyasını həyata keçirməyə başlayıb.AZƏRTAC xəbər verir ki, bu qəbildən olan kampaniyalardan biri də Norveçdə həyata keçirilir. Bu ölkədə fəaliyyət göstərən diasporumuz ermənilərin belə çirkin kampaniyalarına qarşı mübarizə aparır. Belə ki, Norveçdəki “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpura qarşı burada yaşayan bir qrup erməni və onlara dəstək olan norveçlilər sosial mediada və yerli KİV-lərdə qarayaxma kampaniyasına başlayıblar. Mənsub olduğu xalqın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəklədiyi üçün diaspor fəalımıza qarşı əsassız ittihamlar yağdıranlar hətta Şervin Nəcəfpurun təmsil olunduğu Mühafizəkarlar Partiyasına da ondan şikayət etməyə cəhd göstəriblər.
Ölkəmizə və diasporumuza qarşı aparılan kampaniyaya cavab olaraq Şervin Nəcəfpur Norveçin silahlı qüvvələrinin rəsmi forumunda növbəti məqaləsini dərc edib. “Mənə qarşı ciddi ittihamlar” başlıqlı məqalədə diasporumuzun Vətən müharibəsindən sonra yaşadıqları və üzləşdiyi haqsızlıqlar barədə danışılır. O bildirir ki, doğulub boya-başa çatdığı və yaxından tanıdığı multikonfessional və multikultural Norveç cəmiyyətində əvvəllər təsəvvür edilə bilməyəcək hadisələr baş verir. Öz fikirlərimizi bildirdiyimizə görə ünvanımıza əsassız təhdidlər və ittihamlar səslənir. Tolerantlıq və dözümlülüklə tanınan Norveç siyasətinə bəs nə oldu?
Şervin Nəcəfpur qeyd edir ki, Ermənistanın əsassız iddialarının təbliğatını aparan ictimaiyyətin bəzi nümayəndələri Qarabağ münaqişəsi nəticəsində zərər çəkən yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarına da nəzər yetirməlidir. Lakin bu, baş vermir, hadisələr qeyri-obyektiv şəkildə nümayiş olunur və buna baxmayaraq heç kim bunu edənləri erməni diasporu tərəfindən maliyyələşdirilən agent, erməni təbliğat nazirliyinin genişləndirilmiş qolu, propaqanda naziri, fundamentalist irqçi və s. adlandırmır?
Məqalənin sonunda diaspor nümayəndəmiz yazır: “Azərbaycanlılar və ermənilər arasında daha çox nifrət yaratmaq əvəzinə, hamımız xeyriyyə işlərinə qoşulmalı və Qarabağda yaşayan bütün insanlar üçün etibarlı gələcək təmin etməliyik”.
Qeyd edək ki, diaspor fəaliyyətinə görə çoxlu sayda təhdidlər alan Şervin Nəcəfpur təhlükəsizliyinin təmin olunması üçün Norveç polisinə müraciət etməyə məcbur olub.шаблоны для dle 11.2
Tarix: 26-01-2021, 17:08







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?