
Yanvrın 20-də Krasnoyarsk məscidində 20 yanvar 1990-cı il tarixində Bakı faciəsinin "Qara yanvar" kimi tanınan qurbanlarına həsr olunmuş xatirə gecəsi keçirilib. Anım tədbiri Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil edilib.Tədbirdə Krasnoyarsk diyarının Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudov, sədrin müavini Ayaz Məmmədov və din xadimi hacı Mütəllib İbişov çıxış ediblər.Çıxış edənlər 20 yanvar 1990-cı il tarixində baş vermiş faciəli hadisələrdən danışıb, həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

шаблоны для dle 11.2