Komandirinin qisasını alan şəhid Əyyub A- / A+
 Vətən müharibəsi zamanı Azərbaycan xalqı milli vətənpərvərlik gücünü bir daha göstərdi. Xalqımız sözün həqiqi mənasında müharibə sevinci yaşadı və işğal olunmuş torpaqlarımız geri qaytarılmayana kimi müharibənin dayanmağını istəmirdi. Xalq milli məsələdə istər ön cəbhədə, istərsə də arxa cəbhə necə birləşib düşmənə mübarizə aparmaq gücünü ortaya qoydu.  Prezident İlham Əliyevin dediyi kimi, Vətən müharibəsinin birinci qəhrəmanı Azərbaycan əsgəridir. Belə qəhrəmanlarımızdan biri də şəhid Osmanov Əyyub Azər oğludur.Xatırladaq ki, şəhidimiz Əyyub Osmanov 15 oktyabr 1995-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olub.  29 sentyabrda könüllü olaraq Qubadlı rayonuna cəbhəyə göndərilib. Orada komandirin sürücüsü kimi fəaliyyət göstərib. 3 noyabrda komandiri Qərib Baxşəliyevlə birlikdə şəhid olub.Əmisi İlqar Osmanov deyib ki, 50 gündən çox, onun haqqında heç bir xəbər və məlumat ala bilməyiblər: "Sağ-salamat qayıdacağını inanıb gözləyirdik, amma bu olmadı.
Cəsədləri düşmən tərəfindən əsir götürülmüşdür. 16 dekabrda məhbus mübadiləsindən sonra cəsədi valideynlərinə təhvil verildi. Və 17 dekabr Əyyubun cəsədi dəfn edildi.
Qəhrəmancasına şəhid olub qardaşım oğlu. Tək canından döyüşüb, komandirinin qisasını alıb, düşmən gülləsinə sinəsini qabağa verib. Ayağından atıblar, yenə dayanmıyıb, yenə gedib, sinəsindən vurublar, yenə dayanmıyıb. Son nəfəsinə qədər döyüşüb".

https://youtube.com/watch?v=kdugCJr_RgU&feature=share
Fuad Hüseynzadə шаблоны для dle 11.2
Tarix: 9-01-2021, 15:23







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?