Krasnoyarskdakı deputatımız “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib A- / A+

Xəbər verildiyi kimi, Diasporla İş üzrə Dövlət Komitəsi bu il “Dünya azərbaycanlılarının həmrəyliyi” günü münasibətilə Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən diaspor təşkilatlarının üzvlərini və diaspor fəallarını “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edib. Təltif olunan soydaşlarımız arasında Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” adlı ictimai təşkilatın sədri Taleh Mahmudov da var.Taleh Mahmudov bu diqqətə görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkür edib. O qeyd edib ki, bundan sonra da Krasnoyarskı diyarı ilə Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsinə, Azərbaycan tarixinin, mədəniyyətinin təbliğinə səylə çalışacaq. Xatırladaq ki, Taleh Mahmudov 1998-ci ildən aktiv ictimai fəaliyyətlə məşğul olur. Onun fəaliyyəti əsasən, Azərbaycan mədəniyyəti və adət-ənənələrinin Krasnoyarsk vilayətində qorunub saxlanması və inkişafına yönəlib. 1998-ci ildə bilavasitə onun iştirakı ilə Krasnoyarskda yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı yaradılıb. Taleh Mahmudovun rəhbərliyi altında bu təşkilat Krasnoyarsk vilayətinin, həmçinin şəhərin özünün sosial-mədəni və ictimai-siyasi həyatında daim iştirak edir. 2018-ci ildə Rusiyanın Krasnoyarsk şəhər sakinlərinin dəstəyini qazanan Taleh Mahmudov Krasnoyarsk şəhər Deputatlar Şurasına deputat seçilib. Dağıstanın Serqokolinsk rayonunun fəxri vətəndaşı olan Taleh Mahmudov 2018-ci ildə Vahid Rusiya Partiyasına üzv olub. Taleh Mahmudov 2019-cu ilin 5 aprelində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamına əsasən fəxri fərmanla təltif olunub.шаблоны для dle 11.2
Tarix: 27-12-2020, 12:01







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?