Krasnoyarsk diyarının diasporu yaralı əsgərlərimizə İlizarov aparatlarını hədiyyə edib A- / A+
Krasnoyarsk diyarında yaşayan Azərbaycan diasporunun nümayəndələri İkinci Qarabağ müharibəsi zamanı yaralanmış azərbaycanlı hərbçilərin müalicəsi üçün 52 ədəd İlizarov aparatına vəsait toplayıblar. Bu haqda Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının Mətbuat xidmətindən məlumat verilib. Xatırladaq ki, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudov adından Dövlət Sərhəd Xidməti Hərbi Hosbitalının rəhbərliyinə yardımla bağlı məktub ünvanlanıb. Məktubda bildirlib: “Qələbəyə sonsuz iradə, hər bir ölkə sakininin Qələbə naminə özünü qurban verməyə hazır olması işğal olunmuş ərazilərin azad edilməsi üçün yuxarıda deyilənlərə parlaq sübutdur. Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuz döyüşlər zamanı yeni-yeni texnologiyaları tətbiq etməklə dünyada mövcud olmuş ənənəvi hərbi taktikanı və strategiyanı köklü şəkildə dəyişdirmiş və bu sahədə Azərbaycanı nümunəvi örnək etmişdir.Hər gün döyüş bölgələrindən gələn xəbərlər böyük ümid və həyəcanla izlənildi və qələbə nəticəsindən bir dəqiqə də şübhə etmədilər. Çünki Azərbaycan işğal olunmuş ərazilərin azad edilməsi üçün ədalətli mübarizə aparırdı və bu mübarizəni öz ərazisində aparırdı!Biz, Krasnoyarsk ərazisində yaşayan azərbaycanlılar yaralı əsgərləri dəstəkləmək məqsədilə vəsait toplamaq aksiyası keçirmişik və müvafiq hərbi tibb müəssisələrinə 52 pasiyent üçün İlizarov üzrə xarici təsbit aparatlarının dəstini təqdim etmək qərarına gəlmişik.Baxmayaraq ki, bu hədiyyə cəsur Azərbaycan əsgərinin igidliyi ilə müqayisə olunmasa da, ümid edirik ki, adıçəkilən aparatlar yaralı əsgərlərimizin tezliklə sağalması üçün öz tətbiqini tapacaqlar!Allah, Cənab Ali Baş Komandanı və Azərbaycan Ordusunun bütün əsgər və zabitlərini qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! Allah şəhidlərimizə rəhmet etsin!”Qeyd edək ki, artıq Krasnoyarskdan göndərilən 52 ədəd İlizarov aparatı Dövlət Sərhəd Xidməti Hərbi Hosbitalına təhvil verilib.
Fuadшаблоны для dle 11.2
Tarix: 22-12-2020, 15:32







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?