Türkiyə və Azərbaycan prezidentlərinə “Tarixdə İz Qoyanların Xatirəsinə Yüksək Xidmət Plaketi” veriləcək
A- / A+

Qarabağda doğulan Qarabağ türk qadını kimi bu qərar türk millətinə, türk dünyasının analarının şərəfini, ismətini, şəxsi həyatını artıran Türkiyə dövlətinə minnətdarlıq əlaməti olaraq qəbul edilmiş, şəhidlərimizin ruhunu ucaltmış, hüquq və ədalətin təzahürünə səbəb olmuşdur.
Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi prezidenti kimi tarixdə iz qoyanlar ruhuna minnətdarlıq əlaməti olaraq biz Prezindet İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğana xatirə plaketini mümkün qədər tez təqdim edəcəyik”.
Cavahir Əhmədova bildirib ki, dünyada fəal şəkildə təcəssüm olunan erməni lobbisi və diasporu qarşısında “bir millət, iki dövlətin” anlayışı bu qələbənin əldə olunmasına çox böyük töhfə vermişdir. Ərdoğan və Əliyev müasir dünyada uğurlu diplomatiyanın nadir nümunəsini göstərərək masa arxasında zəfər qazanmış iki dövlətin liderləridir. Bizə bu gözəl tarixi nəticəni vermiş ordumuza və bütün diplomatlarımıza da minnətdarlığımızı bildiririk. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik”.
Tarix: 18-12-2020, 16:07

Digər xəbərlər