Azərbaycan qadınlarını Türkiyənin Konya şəhərinə apararaq insan alveri ilə məşğul olan Tovuz rayon sakini həbs olundu A- / A+

 

DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan  Tovuz  rayon sakinini  həbs edib.

 KANAL 5-in əldə etdiyi məlumata  görə  Tovuz  rayon sakini İmamquliyeva Gülnar Dilqam qızının  Azərbaycan Respublikasının vətəndaşı olan qadınları Türkiyə Respublikasının Konya  şəhərinə apararaq cinsi istismara məruz qoyması faxtı  DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilmişdir. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi  Mahmud Ağalarovun sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən İmamquliyeva Gülnar Dilqam qızı  Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2  və                  144-1.2.4-1-ci   maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il  6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
шаблоны для dle 11.2
Tarix: 26-11-2020, 14:18







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?