“Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub A- / A+
 Xəbər verildiyi kimi Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi" layihəsi həyata keçirilir. Layihə çərçivəsində “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub. Kitabda dünya azərbaycanlılarının xalqımızın milli inkişaf yolunun formalaşmasında mühüm rolu olan azərbaycançılıq ideyalarının təbliği ilə bağlı fikir və təklifləri yer alıb. Məlum layihə çərçivəsində 5 qitədəki aktiv soydaşlarımızdan alınan müsahibə və açıqlamalar 2020-ci ilin iyul-oktyabr aylarında yerli mediada dərc olunub. Bu yazılarda, müsahibələrdə və açıqlamalarda azərbaycançılığın dünya azərbaycanlılarının milli birliyinin təminatında rolu ictimailəşdirilib. Bu ideologiyanın hər bir azərbaycanlının vahid çətir altında birləşdirilməsi ideyasının uğurları təhlil olunub.Kitabda əksini tapan fikir və təkliflər azərbaycançılıq ideyasının inkişafı və təbliğinə töhfə vermək məqsədilə aidiyyəti dövlət qurumlarına, kitabxanalara, o cümlədən QHT, KİV və diaspor nümayəndələrinə təqdim etmək üçündür. Kitabın xarici ölkələrdə təqdimatı nəzərdə tutulur.
шаблоны для dle 11.2
Tarix: 19-11-2020, 02:09







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?