Prezident İlham Əliyevin Bakıda heykəlinin ucaldılması təklif edilib A- / A+
 
Akif Ağatalıbov: “Bu, Azərbaycan xalqının öz Prezidentinə göstərdiyi ehtiram olar”
 
“Dünyanın harasından yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Prezident İlham Əliyevi özünə lider bilir”. Bu fikri Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının (AMMA) fəxri sədri, veteran diaspor üzvü Akif Ağatalıbov deyib.
Akif Ağatalıbov bildirib ki, Azərbaycan dövləti hər zaman Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllinə çalışırdı: “Prezident İlham Əliyev Ermənistanı dəfələrlə təxribatçı hərəkətlərə son qoymağa çağırış etmişdi və Lakin pandemiyaya baxmayaraq, 2020-ci ilin 27-sentyabrından Ermənistan BMT-nin atəşkəsə qarşı qlobal çağırışını pozaraq müstəqil Azərbaycan dövlətininə hücum etdi və cəbhə boyunda yenidən tərxribatlar törətdi. Ermənistan silahlı qüvvələrinin məqsədi sülh prosesini pozmaq və Azərbaycanı müharibəyə cəlb etmək idi”.
Akif Ağatalıbov Özbəkistanda yaşayan soydaşlarımızın da Ermənistanın Azərbaycana qarşı bu təcavüzkar siyasətini həmişə pislədiyini vurğulayıb: “Ali Baş Komandan olaraq cənab İlham Əliyevin qətiyyətli çıxışlarından və qələbəyə doğru atdığı addımlardan mənəvi güc alırıq. Dağlıq Qarabağın işğaldan azad olunması uğurunda zəfər Qələbəsilə Prezident İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə düşəcək. 30 ildən artıq Özbəkistanda yaşayan diaspor rəhbəri olaraq əminliklə bildirirəm ki, soydaşlarımız Prezident İlham Əliyevin daxili və xarici siyasətiniz dəstəkləyirlər. Mən istər Özbəkistan, istərsə də digər Orta Asiya respublikalarında Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib, ölkəmizin həqiqətləri Orta Asiya respublikalarına çatdırmışam. Özbəkistanda Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, azərbaycançılıq ideyasının, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görmüşəm. Bu gün də Vətənim Azərbaycan üçün ələmidən gələni etməyə çalışıram. 62 yaşım olmasına baxmayaraq, Ali Baş Komandanın əmrilə Vətənimi qorumağa hazıram. Bu gün Ali Baş Komandanla və bu müqəddəs savaşda döyüşən əsgər və zabitlərimizlə  fəxr edirik. Vətən uğrunda canını fəda edən soydaşlarımıza Allahdan Rəhmət, yaralılarımıza isə şəfa diləyirik. Yaşasın Azərbaycan xalqı! Yaşasın Ali Baş Komandan!”.
 Akif Ağatalıbov Özbəkistanda yaşayan azərbaycanlılar adından Prezident İlham Əliyevin Bakıda heykəlinin ucaldılmasını təklif edib: “Paytaxtın ən gözəl küçələrindən birinə Prezident İlham Əliyevin adının verilməsini istərdik. Elə həmin küçədə də möhtərəm Prezidentimizin heykəlinin ucaldılması məqsdəuyğun olardı. Belə olanda cənab Prezident də xalqımızın, cəmiyyətimizin ona verdiyi dəyəri, qiyməti hiss edər. Bu, həm də, Azərbaycan xalqının öz Prezidentinə göstərdiyi ehtiram olar”. шаблоны для dle 11.2
Tarix: 16-11-2020, 00:30







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?