Dünya şöhrətli azərbaycanlı ovçu Rusiyada ilin adamı seçilib A- / A+
 

Xəbər verildiyi kimi, oktyabrın 20-də Rusiyanın Ticarət və Sənaye Palatasının konqres mərkəzində "İlin adamları" II biznes mükafatı qaliblərinin təqdimat mərasimi keçirilib. Mükafat "Russian Business Guide” beynəlxalq jurnalının təşəbbüsü ilə həyata keçirlib.Mükafatlar, biznesin inkişafında ən yaxşı nümunələr üçün Rusiya və Avropa şirkətlərinin sahibləri və menecerlərinə 29 nominasiya üzrə 60 qalibə verilib. Təşkilatçıların sözlərinə görə, qaliblər arasında yenilikləri fəal şəkildə tətbiq edənlər biznesin inkişafına və onun sosial yönümünə öz töhfələrini veriblər.Qeyd edək ki, mükafat laureatları arasında azərbaycanlılar və Azərbaycana aid şirkətlər də var. Onlardan biri də Safari Ov Klubu Azərbaycanın rəhbəri, dünya şöhrətli esktremal ovçu Faiq Babanlıdır. Dünya reytinqinə düşən Faiq Babanlı “Rusiya-Azərbaycan işgüzar əlaqələri” nominasiyası üzrə qalib olub.
 Xatırladaq ki, Babanlı Faiq Fuad oğlu 1977-ci il yanvarında 9-da anadan olub. Ali təhsillidir. O, qaydasız döyüş üzrə Azərbaycan cempionudur və ölkəmizdə, eləcə də MDB ölkələrində böyük nüfuza malikdir. Taksidermiya sahəsi üzrə mütəxəssisdir. 1999-cu ildən turizm biznesi, 2003-cü ildən isə ovçuluqla məşğuldur. Həmyerlimiz ekstremal ovçu kimi dünyada nömrə birlər siyahısına düşüb və buna görə də dünyanın ən tanınmış ovçuları arasında onun da adı çəkilir. 80-dən çox ölkədə ov edən Faiq Babanlı daima Azərbaycanın təbliğatını da aparır.
шаблоны для dle 11.2
Tarix: 24-10-2020, 13:12







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?