Azərbaycanlı deputat Rusiya mediasına Dağlıq Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib A- / A+
KrasNews.com: “Rusiya Azərbaycanla Ermənistan arasında dialoqu bərpa etməyə qadir olan tərəfdir”

Rusiya Federasiyasının Tuva Respublikasının paytaxtı Kızıl şəhərinin deputatı, Tuva Karate Federasiyasının prezidenti Çingiz Əliyev yerli “KrasNews.com” saytına Dağlıq Qarabağdakı vəziyyətlə bağlı açıqlma verib. Çingiz Əliyev deyib ki, sentyabrın 27-də bütün dünya üzrə informasiya agentlikləri Dağlıq Qarabağda başlayan müharibə barədə xəbər yayıblar: “Amma bu dəfə hər şey daha ciddidir – mülki əhali arasında qurbanlarla hərbi əməliyyatlar başlayıb. Azərbaycan silahlı qüvvələri əks-hücuma keçib. Həmin andan televiziya, radio, sosial şəbəkələrdə baş verənlərin çox qızğın müzakirəsinə başlandı. Dünya birliyinin reaksiyası da özünü çox gözlətməyib. Ancaq gördüklərim məni bir az təəccübləndirdi. Zənnimcə, bu hadisə bir qədər birtərəfli, Azərbaycanın təcavüz mənbəyi olduğu ritorika ilə işıqlandırılmışdır.
Lakin unudulmamalıdır ki, Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu bütün dövr ərzində (o cümlədən SSRİ-nin tərkibinə daxil olarkən də) Qarabağ Azərbaycanın ərazi vahidi olaraq qalmışdır. Bu gün internet şəbəkəsinin hər bir istifadəçisi bu məlumatı tapa və onunla tanış ola bilər. BMT TŞ-nin 1993-cü il tarixli dörd qətnaməsi, o cümlədən Rusiya Federasiyası tərəfindən qəbul edilmiş və dəstəklənmişdir. Bundan başqa, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və vaxtilə silahlı separatçılıq problemi ilə üzləşən Rusiyanın özü ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Lakin bu istiqamətdə konkret irəliləyişlərin olmamasına səbəb beynəlxalq hüquq normalarına və vasitəçi ölkələrin çağırışlarına məhəl qoymayan Ermənistan danışıqlar prosesində destruktiv mövqeyini nümayiş etdirir və bununla da qonşu suveren dövlətin ərazilərinin beşdə birini işğal altında saxlamağa çalışır. Eyni zamanda, Rusiyanın münaqişəyə müdaxilə etməsini istəyən bəzi məşhur adamların (biznesmenlərin, politoloqların, ictimai həyatın ən müxtəlif sahələrinin başqa görkəmli xadimlərinin) çağırışları da mənim hiddətimə səbəb oldu. Mən bu insanlardan soruşmaq istəyirəm ki, bu cür sözləri deyərkən onlar nəyi rəhbər tuturlar?”
Millət vəkili düşünür ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə qarışmamalıdır: “Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlı qüvvələrinin yeridilməsinin mümkünlüyü barədə suala cavab verərkən məhz bu mövqeni ifadə etmişdi. Mən də bununla razılaşmaya bilmərəm.
O, bu fikirlə Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın qonşularının daxili işlərinə qarışmadığını bir daha xatırladıb. Biz bu yanaşmanı Belarusla bağlı vəziyyətdə müşahidə etmişik, indi də görürük. Rusiya prosesinə cəlb olunmaq istəyən şəxslərin çağırışlarına gəldikdə isə, onlar, yəqin ki, başa düşüləndir. Hər iki dövlət ölkəmizin tərəfdaşıdır və öz növbəsində, onlar arasında əlaqələndirici halqa çıxış edir. Rusiya Azərbaycanla Ermənistan arasında dialoqu bərpa etməyə qadir olan tərəfdir. Buyaxınlarda Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində haqlı olaraq qeyd etdi ki, həm Azərbaycan, həm də Ermənistan bizim üçün yad insanların yaşamadığı ərazilərdir.
Ümumiyyətlə, bu gün dünya getdikcə barıt çəlləyini xatırladır. Sabah nə baş verə biləcəyini, yanlış gedə biləcəyini bilmirsiniz. Trend belədir ki, müasir insan istənilən an onun həyatını köklü şəkildə dəyişəcək bir şeyin baş verə biləcəyini dərk etməklə yaşayır.
Mənim fikrimcə, sülh yolu ilə nizamlanma mümkündür. İndi mümkündür. Niyə belə düşünürəm? Mən Azərbaycanın mövqeyini görürəm və bu mövqe sivil danışıqlar aparmaq əzmində olduğunu göstərir. Xüsusilə, bu yaxınlarda RİA "Novosti"yə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikir bunu göstərir. Bütün bunlarla yanaşı, o bəyan edib ki, Dağlıq Qarabağda həm azərbaycanlılar, həm də ermənilər dinc yanaşı yaşaya bilərlər. Əgər Buna dialoq yolu ilə nail olmaq mümkündürsə, niyə fəaliyyətə başlamanmasın? Axı hər bir sağlam düşüncəli insan yaxşı başa düşür ki, insan qurbanları nə bir tərəfdən, nə də digər tərəfdən – bu, heç də lazım deyil. Heç olmasa, işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması prosesinə başlamaq lazımdır. Nəhayət, həm erməni, həm də Azərbaycan icmalarına imkan verərək, keçmişdən lazımi dərslər keçərək yenidən sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaq lazımdır”.
Çingiz Əliyevin fikrincə, hərbi əməliyyatlar baş verməsi siyasi-diplomatik səylərin nəticələrinin olmamasının əyani nəticəsidir: “Hərbi əməliyyatların Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisində aparıldığını, kənd və şəhərlərin dinc sakinlərinin hücumlara məruz qaldıqlarını, həlak olduqlarını, xəsarət aldıqlarını, əmlaklarını itirdiklərini qeyd etmək olduqca vacibdir. Onu demək lazımdır ki, hər bir dövlət kimi Azərbaycanın Silahlı Qüvvələri də öz ölkəsinin vətəndaşlarının suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini müdafiə edir. Lakin son dərəcə ağır vəziyyətə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev bəyan edir ki, Azərbaycan tərəfi dərhal danışıqlara başlamağa hazırdır. Bu, şübhəsiz ki, tərəflərin maksimum diplomatik və zaman ruhunda fəaliyyət göstərmək istəyini nümayiş etdirən yaxşı işarədir. Təəssüf ki, Moskvada əldə edilmiş razılaşmalardan bir gün sonra düşmən dinc uyuyan Gəncəyə hücum etmiş, nəticədə 10 nəfər həlak olmuş, 40-dan çox yaralanmış, yaşayış məhəllələri dağıdılmışdır. Bunu mürəkkəb dövrdə münaqişə tərəfləri arasında dialoqu bərpa etməyə çalışan yeganə ölkə olan Rusiyanın sülhməramlı səylərinə son dərəcə hörmətsizlik kimi başa düşmək lazımdır. Lakin onun dayanıqlı və uzunömürlü olması üçün bunu beynəlxalq hüquq normaları və tarixi ədalət əsasında etmək lazımdır”.

Açıqlamanı rus dilində aşağıdakı linkdən oxumaq olar:
https://krasnews.com/news/16258/?fbclid=IwAR3qaL2YZkQL8-e-MYFVp_GQYZKOiy5HMDNXK0tuiFOuCWtbPYPFW76fc7k
шаблоны для dle 11.2
Tarix: 19-10-2020, 08:08







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?