Qəhrəman Azərbaycan Ordusunun Müdafiə Savaşına girməsilə bağlı AAA bəyanat yayıb A- / A+

Sentyabrın 27-sində, işqalçı Ermənistan dövlətinin silahli güvələri Azərbaycanın topraqlarına səhər saat 6-da dinc əhalimizə hücum etmişdir. Terrorçu erməni ordusu sivil kənd və şəhərlərimizi atəş altınada tutaraq çox saylı soydaşımızı şəhid etmişdir və genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonasında yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutub.
1988-1994-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 7 tarixi hissəsi və 20 faiz ərazisi işğal olunmuşdur. İşğal olunmuş ərazilərdə hər şey Ermənilər tərəfindən məhv edilib və 20 ildən çoxdur ki sülh yönlü danışıqlar aparırıq. ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün – Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu adlı xüsusi qrupu var. İyirmi iki ildən artıqdır ki, bu qrup fəaliyyət göstərir, lakin heç bir nəticə hasil olunmayıb.
1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib. İşqalçı Ermənistan dövləti bunlara baxmayaraq bir necə ay əvvəl Tovuza atəş etdi. Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak oldu Tovuzda.
55 milyon Azərbaycanlı başda Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevın, dövlətimizin və qəhrəman əskərlərimizin qutsal müdafiə savaşını tam dəstəkləyir. Biz hər zaman olduğu kimi, bütün gücümüzlə müstəqil Azərbaycanımızın yanında olduğumuzu bir daha elan edərək hər turlu fədakarlığa hazır olduğumuzu bildirmək istiyirik. 40 milyon Güney Azərbaycan Türk milləti böyük ordumuzun yanındadır. Mövcud vəziyyətlə bağlı tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür!.
Mikayıl Oyta,
Avstraliya Azərbaycanlıları Assosiyasının (AAA) prezidentiшаблоны для dle 11.2
Tarix: 29-09-2020, 18:00







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?