Milli Qəhrəmanların əziz xatirəsinə həsr olunmuş yarışlar keçirilib A- / A+


Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin və Nərimanov rayonu Gənclər İdman Təşkilatının Qəhrəmanlarımıza həsr etdiyi yarışlar keçirildi

Belə bir deyim var: "Şəhidlər ölməz, Vətən bölünməz". Bu sözlər daima insana qürur verir. Bəli, şəhidlər ölmür və unudulmur. Elə bizim də məqsədimiz odur ki, Azərbaycanımızın Milli Qəhrəmanlarını nə özümüz unudaq, nə də unutdurmayaq. Bu məqsədlə hər il hər dəfə müxtəlif tədbirlər və yarışlarla qəhrəmanlarımızı unutdurmuruq. Azərbaycan Respublikasının Milli Qəhrəmanları tanıtma ictimai birliyinin Nərimanov rayon nümayəndəliyi və Nərimanov rayon Gənclər İdman Təşkilatının təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanlarının əziz xatirəsinə həsr olunmuş yarışlar keçirildi. Azərbaycanın Milli Qəhrəmanı İlqar İsmayılova həsr olunan dama və şahmat yarışı, Əliyar Əliyevə həsr olunmuş basketbol yarışları keçirildi. Yarışda Milli Qəhrəmanımız İlqar İsmayılovun qardaşı İlham İsmayılov, Şəhid Samir Mirzəyevin atası Sabir Mirzəyev, Milli Qəhrəmanları Tanıtma ictimai birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədəm Məmmədov və Nərimanov Gənclər İdman Təşkilatının rəhbəri Nəcəf Novruzov, o cümlədən Qarabağ qaziləri bir çox tanıtmış insanlar iştirak edirdilər. Nərimanov rayonu Gənclər İdman Təşkilatının rəhbəri Nəcəf Novruzov hər iki yarışı açıq elan edib, yarışmacılara uğurlar arzuladı. O, bildirdi ki, Qəhrəmanlarımıza həsr olunan  bu cür yarışlar gələcəkdə Vətənimizin bölgələrində də keçiriləcək.Milli Qəhrəmanları Tanıtma İctimai birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədəm müəllim bildirdi ki, hər il qəhrəmanlarımıza həsr olunan müxtəlif yarışlar təşkil olunur. O, çıxışında bildirdi ki, gənclərimiz gərək öz Milli Qəhrəmanlarını unutmasınlar: " Bizim borcumuzdur ki hər il bu cür yarışlar keçirib gənclərimizə Milli Qəhrəmanlarımızı unutdurmayaq. Mən istərdim ki, gələn il bu cür yarışları işğal altında olan torpaqlarımızda keçirək".
 Milli Qəhrəmanımız İlqar İsmayılovun qardaşı İlham İsmayılov qardaşı İlqarın necə vətənpərvər bir oğul olduğunu və son damla qanına qədər düşmənlərlə döyüşüb qəhrəmanca həlak olduğunu dedi. O, öz növbəsində bu yarışları keçirənlərə öz təşəkkürünü bildirdi və bu cür yarışların çox olmasını arzuladı. Şəhid atası Sabir Mirzəyev isə oğlu ilə fəxr etdiyini, onunla qürur duyduğunu dedi, yarışmacılara uğurlar arzuladı. Sonra Nəcəf Novruzovla İlham Musayev şahmat və basketbol yarışlarını açıq elan etdilər. Yarışların sonunda isə qaliblər diplom, medallar və mükafatlar ilə təltif olundular.
Ənvər Məmmədovшаблоны для dle 11.2
Tarix: 26-09-2020, 08:39







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?