“Şimali Osetiyada azərbaycançılığı çox yüksək səviyyədə təbliğ etməyə çalışırıq” A- / A+
Şahin Məmmədov: “Gəncləri azərbaycançılıq ruhunda böyütmək bizim üzərimizə düşən məsuliyyətdir”

Xaricdə yaşayan soydaşlarımızın əsas diaspor məsuliyyəti yeni nəsli azərbaycançılıq düşüncəsində böyütməkdir. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmaları davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun KANAL 5-ə açıqlamasını təqdim edirik.
Xatırladaq ki, Məmmədov Şahin Nurəddin oğlu 4 yanvar 1971-ci ildə Gəncə şəhərində anadan olub. M.Füzuli adına 22 saylı orta məktəbi bitirərək, 1988-ci ildə ümumi orta təhsilini başa vurub. 1989-cu ildə Sovet ordusu sıralarına əsgəri hərbi xidmətə çağırılıb. Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində "N" saylı hərbi hissədə əsgəri xidmətini başa vuran Şahin Nurəddin oğlu, hərbi hissədə qalaraq gizir rütbəsi ilə hərbi xidmət qulluğuna başlayıb.Şahin Məmmədov 1989-cu ildə Vladiqafqaz Texnologiya Texnikomuna qəbul olub və 1992-ci ildə burada qiyabi təhsilini başa vurub. 1997-ci ildə qulluq etdiyi hərbi hissədə zabit rütbəsi ilə "Ərzaq təminatı taboru"nun komandiri vəzifəsinə təyin olunub. Elə həmin il Vladiqafqaz Dövlət Universitetinin Hüquq fakültəsinin qiyabi şöbəsinə qəbul olan Şahin Məmmədov 2001-ci ildə universiteti bitirərək, hüquqşünas ixtisasına yiyələnib. Şahin Məmmədov terrorçu dəstələrə qarşı döyüşlərdə göstərdiyi xidmətə görə 2000-ci ildə RF hökuməti tərəfindən "Şücaət" ordeni, həmçinin "Qafqazda xidmət", "Rəşadətli xidmət" və digər medallarla təltif olunub. 2011-ci ilədək hərbi xidmət qulluğunda olub və polkovnik rütbəsinə qədər yüksəlib. 2010-cu ildə Şimali Osetiya -Alaniya Respublikasında Heydər Əliyev adına "Azəri" milli mədəniyyət mərkəzinin sədri vəzifəsinə seçilib. Bu mərkəzdə layiqincə vəzifəsini yerinə yetirdiyinə görə 2017-ci ildə Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti və Şimali Osetiyanın İnsan Hüquqları üzrə Ombudsmanın köməkçisi seçilib. Ailəlidir, 4 övladı var.
Şahin Məmmədov bildirib ki, Şimali Osetiyada azərbaycançılığı çox yüksək səviyyədə təbliğ etməyə çalışırlar: “Hər bir ölkədə olduğu kimi, Şimali Osetiyada da “Azərbaycan icması” bu işləri təbliğ etməklə məşğuldur. Möhtərəm prezidentimiz İlham Əliyevin və "Azərbaycan İcması"nın rəhbərliyinin təşəbbüsləri bir sıra tədbirlər keçirilib. Belə ki, Vladiqafqaz şəhərində 100 ildən artıq yaşı olan Murtuza Muxtarov Məscidi yenidən bərpa olunub və müsəlmanların istifadəsinə verilib. 2019-cu ildə Elxotovda yerləşən bir başqa məscidin bərpa işləri aparılıb. 1917-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov Butirin küçəsində yaşayıb və həmin ildə "Arşin mal alan" musiqili komediyasını rus dilinə tərcümə edib. Bu səbəbdən Butirina küçəsində Üzeyir Hacıbəyovun barilyefi quraşdırılıb. Orxon qəsəbəsinin Rassvet kəndində Böyük Vətən müharibəsi zamanı azərbaycanlılardan ibaraət 3 diviziyası döyüşüb. Həmin kəndi faşistlərdən xilas edərkən bir çox soydaşımız qəhrəmancasına həlak olub. Buna görə də bizim əsgərlərin şərəfinə həmin kənddə xatirə abidəsi ucaldılıb.Həmçinin Vladiqafqaz şəhərində "Azərbaycan günləri" tədbiri keçirilib. Və həmin tədbirə Azərbaycanın görkəmli nümayəndələri, indiki səfirimiz Polad Bülbüloğlu, ictimai xadimlər, din xadimi Şeyxülislam Allahşükür Paşazadə, mədəniyyət işçiləri iştirak ediblər. Tədbir yüksək səviyyədə keçirilib və dövlət tərəfindən yüksək qiymətləndirilib”.
Şahin Məmmədov deyib ki, azərbaycançılıq ideyası Azərbaycan xalqının milli inkişaf yolunu formalaşdırıb: “Şimali Osetiyada azərbaycançılığı qorumaq və təbliğ etmək bizim milli vəzifəmizdir. Hər bir azərbaycanlı öz dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub, yaşatmalıdır. Millətin birliyini və ümümxalq münasibətlərini təbliğ etmək ən öndə duran məsələdir. Biz hər tədbir və layihələrimizi azərbaycançılıq ideyasına əsasən təşkil edirik. Xüsusən gənclərimizə mətəmadi olaraq azərbaycançılıq ideyası haqqında məlumat veririk. Onlar azərbaycançılıq ruhunda böyütmək bizim üzərimizə düşən məsuliyyətdir”.
Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 25-09-2020, 15:09







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?