“Əsrlər boyu genimizdən gələn soylarımızı azərbaycançılıq ideyası bir yerə toplayıb” A- / A+
Emil Cəfərov: “Azərbaycan  gəncləri azərbaycançılıq ideologiyasına yanaşmada cox həssasdır və onlar vətənə məhəbbət, sevgini öz qəlblərində daima yaşadırlar”

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmaları davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.
Layihə çərçivəsində Rusiya Federasiyasının Omsk şəhərində gənc diaspor fəalı Emil Cəfərovun KANAL 5-ə açıqlamasını təqdim edirik.
 Xatırladaq ki, Emil Cəfərov 26.07.1991-ci ildə Lənkəran rayonunun Moloja kəndində anadan olub. Orta təhsilini 5-ci sinfə kimi Moloja kənd məktəbində alıb. Həmin dövrlərdə Lənkəranda bilik olimpiadasında iştirak edib. Daha sonra Rusiya Federasiyasının Omsk şəhərində orta təhsilini davam etdirib. Rusiya Federasiyasının Maliyyə Universitetinin Omsk şəhəri üzrə filialını bitirib. 2013-cü ildən Omsk şəhərində tərcüməçi işləyir. Eyni zamanda diaspor sahəsində fəallıq göstərir.

Emil Cəfərov deyib ki, gənclərimiz dünyanın bir cox ölkələrində olduğu  kimi, Rusiya Federasiyasında da Azərbaycanımızı sözün əsil mənasında cox gözəl təmsil edir: “Azərbaycan  gəncləri azərbaycançılıq ideologiyasına yanaşmada cox həssasdır və onlar vətənə məhəbbət, sevgini öz qəlblərində daima yaşadırlar. Bildiyiniz kimi, böyük Rusiya dövlətinin ərazisinin bir cox şəhərlərində yaşayan  azərbaycanlılar coxluq təşkil edirlər və bu da gənclərin yaşlı nəslin nümayəndələrindən eşidikləri, gördükləri adət-ənənələri yeni gələn nəsillərə otürməsi üçün mexanizm rolunu oynayır. Gənclərimiz elm, təhsil sahəsində də çox biliklərə yiyələnib və bu sahədə də Azərbaycanımızı çox gözəl təmsil edir, vətənimizə  öz töhvələrini verirlər. Hazırda Omsk şəhərində bir çox ailələr məskunlaşıb və onların övladları, hələ ki, orta məktəbdə əla qiymətlərlə oxuyurlar. Çox güman ki, onlar da yaxın gələcəkdə tələbə adını qazanacaqlar. Mən onların valideynləri ilə ünsiyyətdə oluram və daim onların orta məktəbdə necə nümunəvi şagird olduqlarının şahidi oluram. Yaşasın Azərbaycan və Azərbaycan gəncliyi!”.

Emil Cəfərov Omskda Azərbaycan həqiqətlərinin yüksək səviyyədə təbliğ olunduğunu deyib: “Bildiyiniz kimi, Rusiya federativ respublika sayılır və bu, o deməkdir ki, Rusiyada çoxdilli yerli xalqar və bir çox gəlmə xalqlar mövcuddur. Hər xalqın öz adət-ənənələri var, o cumlədən bizim xalqımızın da  gözəl adət-ənənəsi var. Xalqların öz adət-ənənələrini yaşatması üçün burada boyük şərait  yaradılıb. Omskda yaşayan azərbaycanlılar da bu fürsətdən geniş yararlanıb. Omsk vilayəti Azərbaycanlıları Birliyinin sədri və ümumiyyətlə, diasporun rəhbəri Qabil Mahmudovun sayəsində bir çox xalqların festivallarında Azərbaycanın tarixi, mədəniyyəti milli mətbəxi, milli geyimləri soydaşlarımız tərəfindən çox yüksək səviyyədə təbliğ olunur. Bu baxımdan Omsk vilayəti üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Zahir Yolçuyev da əlindən gələni edir.
Bir çox dövlət tədbirlərində azərbaycanlılar da iştirak edirlər. Bütün milli bayramlarımız burada qeyd olunur və o tədbirlərə bir çox xalqların nümayəndələri də dəvət edilir. Bu da öz növbəsində başqa xalqların bizim adət-ənənələrimiz ilə tanışlığına böyük imkan yaradır. Xalqımızın toy, nişan adət-ənənələri Omsk şəhərində qorunub saxlanılır və gələcək nəsillərə ötürülür. Ümumiyyətlə, Omskda milli-mənəvi dəyrələrimiz, o cümlədən dinimiz unudulmamsı üçün gənc nəsilə təbliğ olunur. Bu baxımdan Omskda din xadimi Yadigar Məstiyevin böyük əməyi var”.
Həmsöhbətimiz Omskda çox istedadlı soydaşlarımızın yaşadığını vurğulayıb: “Onlar burada böyük nailiyyətlər əldə ediblər. Bu şəhərdə çoxlu universitetlər var. Bəli, orada da bizim tələbə adını qazanan soydaşlarımız var. Onlar da ölkəmizi təbliğ edirlər. Xarici vətəndaşlar azərbaycanlı övladlarının uğurlarının şahidi olur, hətta deyə bilərəm ki, onlardan televiziya və radio vasitəsilə müsahibələr alır və onlar da ölkəmizin milli-mənəvi dəyərlərini aydın şəkildə təbliğ edirlər. Burada yerli insanlar arasında Azərbaycan haqqında çox gözəl fikir formalaşıb”.
O bilirib ki, azərbaycançılıq ideyası gənclərimizi vətənə bağlaya bilər: “Bildiyiniz kimi, insan orqanizimində genitik hormonlar mövcuddur. Hər bir xalqın genetik kodu olduğu kimi, bizim xalqın da soylarımızdan gələn genetik kodu var. Əsrlər boyu genimizdən gələn soylarımızı azərbaycançılıq ideyası bir yerə topladığı kimi, gənclərimizi də Azərbaycan adına çox tez bir yerə toplaya bilər”.
Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 17-09-2020, 18:08







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?