"Gənclərimizə azərbaycançılıq ideologiyasını aşılamalıyıq" A- / A+
 
İlkin Hüseynov: "Milli kimliyimiz türklük və azərbaycançılıq, mədəni kimliyimiz isə İslamdır"

Xaricdəki azərbaycanlı uşaqların ana dilini bilmədən böyüməsi milli diasporun inkişafına mənfi təsir edən tendensiyadır. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmaları davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.
Layihə çərçivəsində Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzinin həmsədri İlkin Hüseynovun KANAL 5-ə müsahibəsini təqdim edirik.
Xatırladaq ki, Hüseynov İlkin İldırım oğlu 1983-cü ildə Qarabağda, Xocavənd rayonunda doğulub. Uşaqlığı müharibə illərinə təsadüf edib, sonradan ailəsi ilə Bakı şəhərində məskunlaşıb. 9 ildir Belçikada yaşayır.
-Həmsədri olduğunuz təşkilat nə vaxtdan fəaliyyət göstərir və məqsədi nədən ibarətdir?
- Təşkilatımız (həmsədr Rəşad İbrahimdir) 2 ildir fəaliyyət göstərir. Məqsəd Azərbaycan mədəniyyətini, dilini, Qarabağ problemini ilk öncə burada yetişən gənclərimizə, ikinci növbədə isə onların vasitəsilə yerli əhaliyə tanıtmaqdır. Fikrimcə, bu işdə hər bir azərbaycanlı bir könüllü səfir olmalıdır, hər birinin hər yerdə ilk işi ölkəni tanıtmaq olmalıdır. Hansı sahədə çalışmasından asılı olmayaraq ətrafına bu məlumatı ötürməli, aşılamalıdır və inanıram ki, buna nail olacağıq.
-Azərbaycançılıq ideyası bizim milli kimliyimizi necə ifadə edir?
-Bizim milli kimliyimiz və mədəni kimliyimiz fərqli ola bilər: milli kimliyimiz türklük və azərbaycançılıq, mədəni kimliyimiz isə İslamdır. Yaşanan son hadisələr, şükürlər olsun ki, milli kimliyimizin hələ də ölmədiyini göstərdi. Gənclərimizin böyük əksəriyyətinin Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlulardan xəbərləri olmasa da, buna can atdıqları göz önündədir.
-Gənclərimiz azərbaycançılıq ideyası haqda nə dərəcədə məlumatlıdır?
-Fikrimcə indiki gənclərimizin maariflənməyə ehtiyacı var. Teoloqlarımızı, ideoloqlarımızı onlara tanıtmalı, türkçülük, azərbaycançılıq ideologiyasını aşılamalıyıq. Bu torpaqlarda savaş hər zaman olub, hələ də davam edir, istər fiziki, istər mənəvi buna hər zaman hazır olmalıyıq.Tək yolumuz budur.
 -Siz Belçikada azərbaycançılığı necə qoruyursuz?
-Öz imkanlarımız hesabına kiçik bir məkanda həftənin bir neçə günü yığışırıq. Orada dərd-sərimizi bölüşürük, kimin nəyə ehtiyacı var paylaşır. Paralel olaraq uşaqlara Azərbaycan, Qarabağ haqqında mütəmadi söhbətlər edirik.
-Belçikada yetişən nəsil azərbaycançılıq ruhunda böyüyürmü?
-Fikrimcə, burada yetişən gənclik sayları az olsa da, birliyimiz yaxşıdır. Son hadisələrdə erməni vandallığı insanlarımızı daha da birləşdirdi, siyasi baxışından asılı olmayaraq hər kəs bir çatı altında toplaşdı, ordumuzun göstərdiyi şücaət bizi daha da ruhlandırdı. Məlum hadisələrdən sonra gənclərin əksəriyyəti səfərbərlik üçün qeydiyyatdan keçdi.
-Bir çox ölkələrdə azərbaycanlı uşaqların əksərəyyəti ana dilimizdə danışa bilmirlər. Bu, milli diasporun inkişafı üçün nə dərəcədə təhlükəlidir?
-Dil məsələsi mənim yaralı yerimdir. Bilirdiyimiz kimi, Belçikada rəsmi 3 dil var ( fransız, flaman və alman, bunlardan əsas fransız, flaman dili işlənir ). Fransız bölgəsindən gələn uşaq Flamandan gələnlə dil tapa bilmir, bunda günahın yarısı ailədədirsə, yarısı da keçmiş diaspora rəhbərliyindədir. Xaricdəki azərbaycanlı gənc nəsilin dil problemi, demək olar ki, bütün ölkələrdə var. Düşünürəm ki, valideynlər, o cümlədən daspor rəhbərləri bu məsələni ciddiyə almalıdır. Valideynlər uşaqları milli ruhda böyütməlidirlər. Öz evidə ana dilini bilmədən böyüyən azərbaycanlı uşaq, milli düşüncə, milli ruh baxımından sanki gələcəyin qeyri-azərbaycanlısıdır. Buna görə də biz Belçikada uşaqlarımızın assimilyasiya olmaması üçün mübarizə aparırıq. Bunun üçün də öncə onların dilimizi bilməsi vacibdir. Artıq bu məsələnin həlli yolunda da mühüm addımlar atılıb. Bu yaxınlarda yeni mərkəzimiz açılacaq, orda dilimiz, tariximizlə yanaşı, mədəniyyətimiz, adət-ənənələrimiz də öyrədiləcək. Hələ açılmamışdan ailələr bunu sevinclə qarşılayır, səbirsizliklə gözləyir. Fikrimcə, bu, mühüm məsələdir.

Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 15-09-2020, 13:04







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?