"Azəbaycançılıq ideyası milləti birləşdirməyə qadir olan bir gücdür" A- / A+
Qasım Kərimov: "Bunun bariz nümunəsi Tovuz hadisələri ilə baglı dünya azərbaycanlılarının müxtəlif ölkələrdə mitinq, yürüş və digər aksiyaları keçirməsi oldu"

Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında araşdırmaları davam edir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.
Layihə çərçivəsində Rusiyanın Kursk şəhərində yerləşən Cənub-Qərb Universitetinin dosenti, ictimai xadim Qasım Kərimovun "News12.az"a müsahibəsini təqdim edirik.
Xatırladaq ki, Qasım Kərimov 17.06.1967-ci ildə Cəlilabad rayonunda anadan olub. 1974-1984-cü illərdə Sumqayıt şəhər 25 saylı riyaziyyat təmayüllü orta məktəbdə təhsil alıb. 1984-1991-ci illərdə Kursk Politexnik İnstitutunun Sənaye və mülki inşaat fakültəsini, 2012-ci ildə isə Kursk Menecment Ekonomika Biznes İnstitutunun İdarəetmə fakültəsini bitirib. 1991-1992-ci illərdə “Aqropromstroy” ASC-də bir sıra vəzifələrdə çalışıb. 1992-1995-ci illərdə Qalantereya və trikotaj fabrikində kapital tikinti şöbəsinin rəisi olub. 1995-ci ildən bu günə qədər Kursk vilayəti, Kursk Şəhər İcra Hakimiyyətində şöbə müdirinin müavini vəzifəsində çalışır. Bununla yanaşı, Qasım Kərimov ictimai-siyasi aktivlik də göstərir. Belə ki, Vahid Rusiya Partiyasının, o cümlədən Kursk vilayəti Qubernatoru yanında şura üzvüdür. 1999 -2013-cü illərdə Qara Qarayev adına Kursk şəhəri Azərbaycan İcmasının sədr müavini olub. 2014-2017-ci illərdə Ümumrusiya Azərbaycan Konqresinin Kursk regional bölməsinin sədri kimi çalışıb. Rusiya Federasiyasi Mərkəzi Secki Komissiyasının fəxri fərmanı, şəhər İcra Hakimiyyətinin çoxlu sayda fəxri fərmanları, “Tərəqqi” medalı ilə təltif edilib. Ailəlidir.

-Azərbaycançılığı milli ideologiyaya çevirmək üçün soydaşlarımız nə etməlidir?
-Bunun üçün Azərbaycan xalqının milli kimliyini və milli ruhunu gücləndirməyə yönəlmiş tədbirlər görülməlidir. Xalq bölünməz, ayrılmaz bir anlayışdır.
Bölünmüş bir cəmiyyətin bütöv, sağlam bir ruhu ola bilməz. Xalqın ruhu yalnız vahid bir bütövlüyü təmsil etdikdə yüksəlir. Xalq iqtisadi, elmi və mənəvi cəhətdən hərtərəfli inkişaf etməlidir.
Xalqın ruhunu necə qaldırmaq olar? Bunu etmək üçün onun mahiyyətini bilmək lazımdır. Xalq ruhu tanrının möcüzələri ilə əlaqəli sirli bir fenomen deyil. Bu tarixi, sosial, mənəvi bir fenomendir. Ruh avtomatik olaraq nəsildən-nəslə ötürülmür. O, insanların özləri tərəfindən, ən azından mütləq əksəriyyəti tərəfindən, üstəlik, konkret müsbət nümunələr tərəfindən mənimsənilir, tərbiyə olunur. Sağlam bir ruha sahib olan hər zaman güclüdür, onu uğurlar müşayiət edir. Ruhu zəif olan hər zaman qorxaq, qorxulu, qərarsızdır və özünə güvənmir.
Xalqın ruhu yalnız cəmiyyətin intellektual potensialı ilə deyil, həm də dövlətin iqtisadi gücü ilə dəstəklənir. İnsanlar özlərinə yetərli həyatı təmin etdikdə,  gələcəyə inam və nikbinliklə baxanda ruh yüksəlir. Xalq depressiyaya qapılırsa, milli ruh alçaldılır. Heç kim belə alçaldılmış bir xalqı saymır, ona məhəl qoymur, əksinə,milli hissini və ləyaqətini tapdalayır.

-Dünya azərbaycanlılarının milli birliyinin təmin olunmasında azəbaycançılıq ideyasının rolu nədən ibarətdir?
-Azəbaycançılıq ideyası milləti birləşdirməyə qadir olan bir gücdür.
O, vətənpərvərlik, milli dəyər və maraqların müdafiəsini təmin edən faktordur.
Dövlətlə vətəndaşların mənafeyini ahəng şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə və xaricdə yaşayan soydaşlarimizin birliyi üçün uğurlu bünövrədir. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini təmin edir. Azərbaycançılıq özünü azərbaycanlı sayan insanların həmrəyliyi üçün ideoloji təməldir.
Azərbaycançılığı inkişaf etdirən amillərdən biri də ənənədir. Ənənə uzun əsrlərdən keçərək xalqın müdrikliyi və onun milli mənəvi dəyərləri üzərində keçmişlə gələcəyi əlaqələndirir və eyni zamanda da mövcudluğunu qoruyur.
Azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmaq istiqamətinə yönəldir. Bunun bariz nümunəsi bu ilin iyul ayında Tovuz hadisələri ilə baglı dünya azərbaycanlılarının müxtəlif ölkələrdə mitinq, yürüş və digər aksiyaları keçirməsi oldu.

-Azərbaycançılıq ideyası xaricdəki gəncləri Vətənə nə dərəcədə bağlayır?
-Azərbaycançılığın bütün dünyada yaşayan azərbaycanlıların, o cümlədən də gənclərin milli birlik rəmzinə, milli ideologiyasına çevrilməsi göz qabağındadır. Fikir verin, Avropada, Amerikada, Rusiyada və dünyanın bir çox ölkələrində yaşayan gənclərimiz qorxu bilmədən, ardıcıl şəkildə erməni təcavüzünə qarşı etiraz tədbirləri keçirdirlər. Sosial şəbəkələrdə erməni quldurlarını ifşa edirlər. Bütün bu işlər gənclərimizin Ana Vətənə baglı olduqlarının göstəricisidir. Maraqlısı odur ki, onların əksər hissəsi Vətəndən kənarda, yaşadıqları ölkələrdə dünyaya gəliblər. Buna baxmayaraq, məhz azərbaycançılıq məfkurəsi onların düşmənə qarşı mübarizəyə qaldırır.

-Rusiyada azərbaycançılıq ideyası lazımı səviyyədə tətbiq və təbliğ olunurmu?
-Milli ideyanın tərəfdarı olduğum üçün müasir azərbaycançılıq ideoloji cərəyanın baş arxitektorunu, Ulu öndər Heydər Əliyevi nümunə göstərmək istərdim. O, milli mənəviyyatın, mənəvi özünüdərkin və ən baslıcası xarici və daxili təhdidlərdən  mustəqilliyimizin qorunması üçün azərbaycançılıq   ideyasının tətbiqi və təbligi yolunda böyük işlər görmüşdu.
Onun imzaladıgı “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”  Azərbaycan Respublikasının Qanunu da  azərbaycançılıq   ideyasına xidmət edir. Xaricdə yasayan soydaslarımıza Heydər Əliyev hər bir zaman qaygı göstərmiş və diqqət mərkəzində saxlamışdır.
Vətəninin və milli-etnik maraqların müdafiəsi hər bir  azərbaycançılının borcudur, o cümlədən də Rusiyada yaşayan soydaşlarımızın. Bu məsələ azərbaycançılıq ideyasının milli və mənəvi kimliyin qorunması kimi ən vacib funksiyasını ortaya qoyur. Bunu yerinə yetirmək üçün azərbaycançılıq ideyası gənclərin və əhalinin şüurunda inam kimi formalaşmalıdır.
Bildiyiniz kimi, hal-hazırda  azərbaycançılıq ideyasının  tətbiqi və təbligi  üçün Rusiyada vahid kordinasiya mərkəzi yoxdur. Diaspor fəalları və ictimai təşkilatlar bu işin vacibliyini bilərək fərdi surətdə çalışırlar. Əfsusla qeyd etmək istəyirəm ki, Ümumrusiya Azərbaycan Konqresinin ləgv olunması, Federal milli-mədəni muxtariyyatın qənaətbəxşedici olmayan fəaliyyəti bu sahədə müəyyən boşluq yaratdı.
Buna baxmayaraq, ayrı-ayrılıqda ictimai fəallar tərəfindən milli adət-ənənələrimiz, mədəniyyətimiz təbliğ olunur. Fikrimcə, ən başlıca vəzifəmiz Azərbaycan həqiqətlərini geniş kütlələrə çatdırmaqdır. Bu sahədə biz çox çalışmalıyıq. Erməni işgalçıları zəbt olunmuş torpaqlarımızdan rədd olana qədər mübarizə aparmalıyıq.
Ədil Ədilzadəшаблоны для dle 11.2
Tarix: 8-09-2020, 11:50







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?