"Krasnoyarskda gənclərimizə daimi olaraq azərbaycançılıq ideyasını aşılayırıq" A- / A+
Taleh Mahmudov: "Milli adət- ənənəmizin, dilimizin, mədəniyyəimizin həm ölkə daxilində, həm də xaricidə təbliğ olunması azərbaycançılıq ideyasının daha da güclənməsinə səbəb olacaq"

Xaricdəki soydaşlarımızın Azərbaycanla bağlı keçirilən təbirləri azərbaycançılıq ideyasına əsaslanmalıdır. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında axtarışlarını davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” adlı ictimai təşkilatın sədri Taleh Mahmudovun "News12.az"a fikirlərini təqdim edirik.
Xatırladaq ki, Taleh Sədi oğlu Mahmudov 1961-ci il avqustun 7-də Ağsu rayonunun Göydəlləkli kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra təhsilini Bakıda Maliyyə-iqtisad texnikumunda davam etdirib. 1979-cu ildə hərbi xidmətə çağırılıb və 1981-ci ilə qədər Xabarovskda Sovet ordusunda xidmət edib. 1982-ci ildən indiyədək Krasnoyarsk şəhərində yaşayır və orada işləyir. Dəmir yollarının tikintisi idarəsində onun yolu iş icraçısından keçərək, tikinti-montaj idarəsinin rəisi vəzifəsinə qədər gedib çıxıb. Krasnoyarsk şəhərindəki bir sıra əhəmiyyətli memarlıq obyektləri bilavasitə Taleh Mahmudovun iştirakıyla tikilib, istifadəyə verilib. Onlardan “Lokomotiv” stadionunu, çoxmənzilli yaşayış evlərini, sosial təminat obyektlərlərini, Kemçuq dəmiryol stansiyasının binasını və s. misal göstərmək olar. O, 1992-ci ildə Krasnoyarsk Mühəndis-inşaat institutunu bitirib. 1998-ci ildən Taleh Mahmudov aktiv ictimai fəaliyyətlə məşğul olur. Onun fəaliyyəti əsasən, Azərbaycan mədəniyyəti və ənənələrinin Krasnoyarsk vilayətində qorunub saxlanması və inkişafına yönəlib. 1998-ci ildə bilavasitə onun iştirakı ilə Krasnoyarskda yerli “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı yaradıldı. 2004-cü ildən həmin təşkilatın sədridir.  Taleh Mahmudovun rəhbərliyi altında bu təşkilat Krasnoyarsk vilayətinin, həmçinin şəhərin özünün sosial-mədəni və ictimai-siyasi həyatında daim iştirak edir. Həmvətənlərinə, o cümlədən Azərbaycandan gələnlərə kömək edir. Milli mədəni ənənələrin qorunması və tanıdılmasına çalışır. 2016-cı ildə Taleh Mahmudov Krasnoyarsk vilayətindəki Azərbaycan icmalarının nümayəndələri ilə böyük bir iş aparıb. Bu işin nəticəsində vilayətin azərbaycanlı icmalarının nümayəndələrinin konqresi keçirilib, orada yeni bir ictimai təşkilatın yaradılmasına qərar verilib – Krasnoyarsk vilayəti Regional azərbaycan milli-mədəni muxtariyyəti. Toplantı iştirakçıları yekdilliklə Taleh Mahmudovun sədrliyinə səs veriblər. Taleh Mahmudovun rəhbərliyi altında muxtariyyət milli mədəniyyətin qorunması və inkişafı üçün böyük iş görür. Krasnoyarsk vilayətində və Krasnoyarsk şəhərində Azərbaycanın Respublika günü, Novruz bayramı və başqa əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi ənənə xarakteri alıb. Muxtariyyətin təmsilçiləri vilayətdə və şəhərdə keçirilən mədəni tədbirlərdə iştirak edirlər.  Azərbaycan muxtariyyətinin nəzdində uşaqlardan, həmçinin böyüklərdən ibarət bir neçə yaradıcı kollektiv də fəaliyyət göstərir.
Mahmudovun sayəsində Rusiyasnın azərbaycan Gənclər Təşkilatının Krasnoyarskda şöbəsi açılıb. Təşkilatın məqsədi mədəniyyət, idman, təhsil və elmi inkişaf baxımından azərbaycanlı gənclərin inkişafı, mənəvi dəyərlərin dəstəklənməsidir. Azərbaycan muxtariyyətinin gənclərdən ibarət “Odlar Yurdu” adlı KVN komandası vilayətdə milli-mədəni ictimai təşkilatların komandaları arasında ən yaxşılardan biridir. 2016-cı ilin mayında “Odlar Yurdu” KVN üzrə Millətlər liqasının gümüş mükafatçısı, 2017-ci ilin noyabrında isə turnirin qalibi olub. 2017-ci ildə Mahmudovun dəstəyilə 1941-45-ci illərdə müharibədən bəhs edən “Azərbaycandan cəbhəyə” adlı kitab ərsəyə gəlib və təqdimat mərasimi keçirilib. Bu kitab vilayətin elmi-tədqiqat kitabxanasında layiqli yer tutur. “Azərbaycan milli-mədəni muxtariyyəti”nin sədri olaraq, Taleh Mahmudovun Krasnoyarskda başqa milli-mədəni ictimai birliklərin rəhbərlərilə sıx əlaqələri var. Taleh Mahmudov azərbaycanlıların ümumrusiya sosial-mədəni məkana inteqrasiyası üçün də böyük iş görür, Azərbaycanla Krasnoyarsk vilayəti arasında işgüzar və mədəni əlaqələrin qurulmasına, inkişafına töhfəsini verir. İctimai fəaliyyətlə yanaşı, Taleh Mahmudov idman və sağlam həyat tərzinin təbliğinə də xüsusi diqqət yetirir. 2000-ci ildə onun rəhbərliyi altında Krasnoyarsk regional ictimai təşkilatı olan Ağır Atletika Federasiyası yaradılıb. İndiyə qədər federasiyaya o, rəhbərlik edir. Federasiya daimi əsaslarla fəaliyyət göstərir, şəhər və regional səviyyədə yarışlar təşkil olunur, istedadlı idmançılar yetişdirilir. Onların arasında beynəlxalq səviyyəli yarışların mükafatçıları var. Bundan əlavə, Rusiya Federasiyasının regionları ilə bədən tərbiyəsi və idmanla bağlı sıx qarşılıqlı əlaqələr yaradılıb. Taleh Mahmudov bu fəaliyyətinə görə 2018-ci ildə təltif olunub. İctimai fəaliyyətlə yanaşı, T.Mahmudov krasnoyarsk vilayətində özəl və çatımlı tibbin inkişafı istiqamətində də aktiv fəaliyyət göstərir. 2003-cü ildə o, “Bionika – bərpa terapiya klinikası” adlı MMC-ni təsis edib. Bu klinika 15 ildən çoxdur ki, Krasnoyarskda tibbi xidmətlər sahəsində uğurla fəaliyyətini davam etdirir. Krasnoyarsk vilayətinin və Krasnoyarsk şəhərinin ən böyük çoxprofilli özəl klinikalarından biri olan “Bionika”da demək olar ki, tibbi ixtisaslaşmanın demək olar ki. bütün sahələri üzrə mütəxəssislər fəaliyyət göstərir. İnsanların keyfiyyətli cərrahiyyə yardımı ala bilməsi üçün Taleh Mahmudovun rəhbərliyi altında bu klinikada xüsusən cərrahiyyənin inkişafı prioritet qoyulub. Endoskopik cərrahiyyə, o cümlədən artroskopiya, histeroskopiya, diaqnostik laparoskopiya, miomektomiya və başqa cərrahiyyə əməliyyatları uğurla həyata keçirilir. Krasnoyarsk şəhərində özəl klinikalardan ilk dəfə “Bionika”da 2017-ci ildə unikal tək-portlu xolesistektomiya, həmçinin eyni vaxtda laparoskopik əməliyyatlar uğurla həyata keçirilib.
2018-ci ildə Rusiyanın Krasnoyarsk şəhər sakinlərinin dəstəyini qazanan soyadımız Taleh Mahmudov Krasnoyarsk şəhər Deputatlar Şurasına deputat seçilib. Dağıstanın Serqokolinsk rayonunun fəxri vətəndaşı olan Taleh Mahmudov 2018-ci ildə Vahid Rusiya partiyasına üzv olub.
Taleh Mahmudov 2019-cu ilin 5 aprelində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamına əsasən fəxri fərmanla təltif olunub.
Taleh Mahmudov deyib ki, Azərbaycançılq ideologiyası bütün dünyada yaşayan azərbaycanlılarının birliyi üçün hesablanıb: "Azərbaycançılıq bir dövlətçilik ideologiyasıdır. Azərbaycançılıq müstəqil Azərbaycan Respublikasının ideoloji əsaslarıdır. Bu ideologiya dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsi üçün mayakdır. Milli diasporun biliyi yolunda azərbaycançılıq ideyası önəmli rol oynayır. Bu baxımından dünya azərbaycanlıları arasında azərbaycançılığın təbliği istiqamətində davamlı olaraq layihələr həyata keçirilməlidir".
Taleh Mahmudov bildirib ki, Krasnoyarsk diasporu olaraq azərbaycançılığın təbliği yolunda uğurla addımlayırlar: "Krasnoyarskda hər zaman öz birliyimizi qoruyub saxlamağa çalışırıq. Krasnoyarksda Azərbaycanla bağlı keçirilən bütün təbirlərimiz azərbaycançılıq ideyasına əsaslanır. Bu ideologiyanın başlıca mənbəyi və ilkin mərhələsi Azərbaycanda milli düşüncəli gənclər formalaşdırmaq, millət, vətən nədir anlatmaq, vətənin müdafiəsinə hər zaman hazır olmaq, lazım gələrsə canından keçmək öyrədilməlidir. Biz də burada böyüyən gənc azərbaycanlılara daimi olaraq bu ideyanı aşılayırıq".
Onun fikrincə, azərbaycançılıq ideyasının təbliği hər bir azərbaycanlının vəzifəsi olmalıdır: "Həmçinin bu ideologiya vətəndə də təbliğ edilməlidir. Milli adət- ənənəmizin, dilimizin, mədəniyyəimizin həm ölkə daxilində, həm də xaricidə təbliğ olunması azərbaycançılıq ideyasının daha da güclənməsinə səbəb olacaq".



 

 шаблоны для dle 11.2
Tarix: 7-08-2020, 12:58







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?