"Azərbaycançılıq ideyasına xidmət bizim milli vəzifəmizdir" A- / A+
Azərbaycan daspor təşkilatlarının əsas fəaliyyət istiqaməti azərbayçançılıq ideyasını təbliğ etməkdir. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında axtarışlarını davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri, hüquq elmləri doktoru Hikmət Cavadovun KANAL 5-ə fikirlərini təqdim edirik.Xatırladaq ki, Hikmət Cavadov 1982-ci ildə Bakı şəhərində doğulub. 1998-ci ildə Bakı şəhərindəki 42 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 2002-ci ildə BDU-nun Hüquq fakültəsini bakalavr, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə diplomları ilə başa vurub. BDU-da oxuduğu dövrdə Azad Tələbə Həmkarlar İttifaqı Təşkilatının sədri vəzifəsinə seçilərək 5 il bu vəzifədə çalışıb. Bu dövrdə rektorun əmri ilə fakültə elmi şurasının üzvü olub. Əyani formada təhsil almaq üçün 2004-cü ildə Ukraynanın Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspirantura şöbəsinə qəbul olub, 2008-ci ildə elə həmin institutda dissertasiya işi müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb. Sonra həmin institutun Doktorantura şöbəsində elmi fəaliyyətini davam etdirib. 2019-cu ildə hüquq elmləri üzrə elmlər doktoru elmi dərəsəci alıb.Hikmət Cavadov 2012-ci ildən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri kimi aktiv ictimai fəaliyyətlə məşğuldur. Eyni zamanda Ukrayna Azərbaycanlıları Radasının həmsədridir. O, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Hikmət Cavadov deyib ki, Azərbaycanı Ukraynada tanıtmaqla azərbaycançılıq ideyasını təbliğ edirlər: "Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu 2012-ci ildə yaradılıb. Hazırda Ukraynanın bütün vilayətlərində bizim nümayəndəliklərimiz var. UABD tərəfindən bir neçə vilayətlərdə Azərbaycan məktəbləri açılıb. Bu məktəblərdə gənc nəsilə azərbaycançılıq təbliğ olunur.
Azərbaycan gerçəkliklərinin Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində saysız layihələr həyata keçirmişik. Biz Ukrayna-Azərbaycan münasibətlərinə həsr olunmuş sənədli filmlər çəkirik. Bununla bağlı Ukrayna Yazıçılar Birliyi ilə bir neçə layihəmiz var. Bundan başqa Ukrayna-Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı tədbirlər keçiririk. Eyni zamanda Ukraynanın ictimai-siyasi həyatında aktivlik göstəririk. Ukraynanın tarixinə aid tədbirlərdə iştirak edirik. Təşkilatımız tərəfindən Ukraynada Azərbaycan haqqında yetərincə məlumatlar yayılır.
Cəmiyyətə informasiya əsas KİV vasitəsilə çatdırılır. Biz öz fəaliyyətimizdə Ukrayna mediasında da təbliğatın aparılmasına üstünlük veririk. Buna görə, Ukrayna KİV nümayəndələri ilə sıx əlaqə saxlayırıq. Biz bütün bu işləri azərbaycançılıq ideyasına əsaslanaraq edirik. Azərbaycançılıq ideyasına xidmət bizim milli vəzifəmizdir".
Hikmət Cavadov bildirib ki, həmrəylik və birlik azərbaycançılıq ideyasının əsas prinsipidir: "Elə bizim də əsas qayəmiz milli həmrəylikdir. Sevindirici haldır ki, Ukraynadakı Azərbaycan diaspor üzvlərinin ümummilli maraqları eynidir. Yəni milli maraqlar uğrunda hər zaman birik. Ümumilikdə hər kəs öz işini layiqincə görür. Düşünürəm ki, hər bir milli diaspor təşkilatının gördüyü işlər Azərbaycanın maraqlarına xidmət etməlidir. Həmrəylik, tək bayram günlərində olmur. Xalqın çətin, ağır günlərində də nəzərə çarpır. Biz hər zaman Ukrayna xalqının yanındayıq. Eləcə də Ukrayna dövləti də hər zaman Azərbaycan diaspor təşkilatlarına dəstək verir. Pandemiya dövründə biz Ukraynada milli birliyin bir daha şahidi olduq. Ukrayna Azərbaycanlıları Radasında Operativ Qərargah yaradılıb. Burada soydaşlarımıza həm maddi, həm də mənəvi dəstək göstərilir. Bu işdə bizə Diasporla İş üzrə Dövlət Komitəsi ilə yanaşı, Ukraynadakı azərbaycanlı iş adamları da böyük dəstək göstərir. Ayrıca biz ermənilərin Tovuzda törətdikləri təxribatlara etiraz olaraq keçirilən aksiyalarda Ukraynadakı soydaşlarımızın da milli birliyinin şahidi olduq. Bu o deməkdir ki, Ukraynada azərbaycançılığı milli ruh olaraq həm qəlbimizdə yaşadırıq, həm də gördüyümüz işlərlə təbliğ edirik".
шаблоны для dle 11.2
Tarix: 6-08-2020, 18:18







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?