“Azerbaijani Ladies Club” üzvləri adından Azərbaycan həkimlərinə dəstək mesajı - VİDEO A- / A+


Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, dünyanın  14 müxtəlif ölkələrindən ( Türkiyə, Almaniya, Misir, Rusiya, Niderland, İsveç, Oman, Belçika, Nigeria , Çexiya, Almaniya, İngiltərə, Fransa, Birləşmiş Ərəb Əmirlikləri) “Azerbaijani Ladies Club”un nümayəndələri Azərbaycanda ön cəbhədə çalışan Həkim və orta tibb işçilərinə qarşı biganə qalmadılar. Bu klubun rəhbəri Kəmalə Ceylinovanın bizə müsahibəsində dediyi kimi: “Biz Azərbaycan qadınları harda yaşamağımızdan asılı olmayaraq ürəyimiz təbii ki, Azərbaycanla döyünür. Təəssüflər olsun ki, əlimizdən bu günlərdə heç nə gəlmir, amma çalışdıq ki, dəstəyimizi bu cür çatdıraq. Allah xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun! Bütün həkimlərimizin yaxınlarına və doğmalarına səbr arzu edirik! Həkimlərimizə və bütün tibb işçilərimizə sonsuz  minnətdarlığımızı bildiririk!“

Qeyd edək ki, “Azerbaijani Ladies Club” cari ilin aprel ayından  fəaliyyət göstərir.
Bu kluba dünyanın müxtəlif ölkələrində yaşayan ziyalı qadınlar daxildir. Klubda həkimlər, alimlər, müəllimələr, musiqiçilər, iş qadınları, rəssamlar, modelyerlər, media işçileri, diaspor fəalları və digər sənət sahibləri xanımlar var. Klubun məqsədi dünyanın müxtəlif ölkələrində fərqli layiheler həyata keçirməklə yerli ictimaiyyətə Azərbaycanı tanıtmaq, sevdirmək və ən əsası  Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır.

https://m.youtube.com/watch?v=_idJpXYNnfg&feature=emb_titleшаблоны для dle 11.2
Tarix: 3-08-2020, 17:27







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?