"Biz hamımız çalışmalıyıq ki, öz aramızda azərbaycançılıq ideologiyasını yayaq" A- / A+
Sabit Əliyev: "Dünya azərbaycanlılarının birliyinə imkan yaradacaq layihələr həyata keçirilməlidir"

Sevindirici haldır ki, bu gün xaricdəki əksər azərbaycanlı yazarlarımız da əsərlərində azərbaycançılığı təbliğ edirlər. Bu cür vətənpərvər soydaşlarımız artıq xaricdə məşhur yazıçı olaraq özlərini təsdiq ediblər. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında axtarışlarını davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Rusiyada yaşayan məşhur azərbaycanlı yazıçı Sabit Əliyevin "News12.az"a  fikirlərini təqdim edirik. Xatırladaq ki, Sabit Əliyev 1977-ci ildə Azərbaycan Respublikası Salyan rayonu Qarabağlı kəndində doğulub. Orta məktəbi 1993-cü ildə Şirvan şəhərində bitirib. Ali təhsilini Stomatologiya üzrə alıb. Moskvada fəaliyyət göstərən Centr-Estet klinikasının banisi və baş həkimidir. 2013-cü ildən Frankfurt və Vyana Universitetlərinin sertifikatlı həkim-implantoloqudur.
Sabit Əliyev daha çox yazıçı kimi tanınır. 2005-ci ildən Moskva şəhərində yaşayan soydaşmız dörd kitabın- “Özgə evi”, “Evə doğru uzun yol” və “Qismət deyilmiş”, "Şəkərsiz kofe" və doqquz hekayənin müəllifidir. 2016-cı ildən Rusiya Yazıçılar İttifaqının üzvüdür. Üç hekayə- “Sonuncu gün”, “Pionlar” və “Sözə doğru yol” Moskva hekayələr kitabında işıq üzü görüb. Bütün roman və hekayələri Azərbaycan dilinə tərcümə olunub və Dünyanın bütün elektron kitabxanalarında satılır.
Sabit Əliyev deyib ki, azərbaycançılıq ideyasının mahiyyəti ümummilli dəyərlərdən ibarətdir: "Azərbaycan - hələ qədim dövrlərdən müxtəlif xalqların yaşadığı ölkədir. Burada əsrlər boyu milli və dini tolerantlıq möhkəmlənib. Bu ölkədə milliyətindən və dinindən asılı olmayaraq bütün insanlara eyni münasibət göstərilir.
Azərbaycan xalqının ideologiyası, kübar prinsiplərə əsaslanmış, özünə strateji məqsəd kimi suveren Azərbaycanın müstəqilliyini seçən və bu dövlətdə sivil-demokratik ölkənin qurulmasının mübarizəsidir. Bu ideologiyanın əsasını özünə Azərbaycanı vətən hesab edən bütün xalqları milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası təşkil edir. Milli dövlət ideologiyasına görə azərbaycançılıq -  Azərbaycan Respublikası Konstitusiyasının əsaslarına dayanan dəyərlər sistemidir. Bu da öz yerində, hüquqi və demokratik dövlət kimi onun inkişafına və milli təhlükəsizliyinə dəlalət edir.
Azərbaycançılıq bizim milli ideyadır. Mənəvi baxımdan götürsək bu, içdən gələn milli qürur, milli hissdir. Real mövqedən yanaşdıqda isə azərbaycançıılıq ideyası harada yaşamağından asılı olmayaraq, dövlətini, xalqını layiqli şəkildə təmsil etməyi qarşıya məqsəd qoyur. Bizim ideologiyamız Azərbaycanın müstəqilliyini qorumağa, demokratik inkişafa, bir sözlə düşmənlərlə mübarizəyə yönəlmişdir. Bu, xalqın birliyinə nail olmaq və demokratik dəyərlərin formalaşması ideyasıdır. Müstəqil Azərbaycan bütün azərbaycanlılar üçün birlik motivasiyası olmalıdır".
Həmyerlimizin əsərlərində azərbaycançılıq qəhrəmanlarının simasında özünü büruzə verir: "İlk kitabım- “Özgə evi”nin baş qəhrəmanı gənc azərbaycanlıdır. O öz arzularının ardınca yad ellərə gedir və orda öz qismətini tapır. Onun idealogiyası zamanla çox dəyişir, lakin əsas xarakterində olan düzgünlük, öz ürəyinə xəyanət etməmək və qeyrət dəyişməz qalır. “Ancaq səni sevirəm” hekayəmdə Azərbaycan mentaliteti haqqında, hansı ki, gündəlik həyatımızda olan dəyərlər haqqında yazmışam. "Yenidən sevmək" novellamda islam Azərbaycanının mentalitetini və ata ilə oğul münasibətini dəqiqliklə tərənnüm etmişəm. Bu yaxınlarda isə “Şəkərsiz kofe” adlı yeni nəsr əsərim işıq üzü görüb. Baş qəhrəman yenə də azərbaycanlıdır. Sadiq dost və yoldaş, gözəllik aşiqi. Əsər birinci dildən danışılır, aşiq kişi öz hisslərini bütün varlığı ilə oxucuya çatdırır. Bunu düşünürəm ki, ancaq qaynar qanlı azərbaycanlı aşiq kişi bacarar".
Həmsöhbətimiz bildirib ki, dünya azərbaycanlılarının vahid amal uğurunda birləşməsində azərbaycançılıq ideyası çox önəmlidir: "Dünya azərbaycanlılarının bir araya gəlməsində azərbaycançılıq ideyasının rolu böyükdür. Biz hamımız çalışmalıyıq ki, öz aramızda azərbaycançılıq ideologiyasını yayaq, ondan ötrü ki, bu ideya geniş ictimai qiymət alsın. Azərbaycan ədəbiyyatını, musiqisini, kinosunu, rəsm əsərlərini və başqa incəsənət istiqamətlərini təbliğ etməliyik. Azərbaycan xalqının ruhunu tərənnüm edən tarixi, milli dəyərləri tanıtmaq vacibdir.
Mən həm də düşünürəm ki, bizim respublikadan kənarda yaşayan azərbaycanlıların birləşməsinə çalışmaq və diasporlar yaratmaq lazımdır. Azərbaycan xalqının bütün nümayəndələri - özünə azərbaycanlıyam deyən hər bir kəs azərbaycançılıq ideyası ətrafında birləşməlidir. Azərbaycançılıq ideyası, bir görüş sistemi kimi, özündə adət-ənənələri, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə cəmləşdirir və ictimai-siyası proseslərə konstitusiya sisteminə əsasən dövlət quruculuğuna müsbət yönümlü təsir göstərir. Azərbaycançılıq ideyası, Azərbaycanın müstəqilliyinin və demokratik inkişafının müdafiəsinə və aqressiv milliyətçilik və şovinizmə qarşı yaradılıb. Azərbaycançılıq ideyasının əsasında milliyyətçilik deyil, vətəndaşlıq dəyərləri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının demokratik inkişafı və konsolidasiyası üçün münbit mənbə olacaq dəyərlər sistemi yaratmaqdır. Azərbaycançılıq ideologiyasını bir halda saxlayıb, inkişaf etdirmək olar ki, hər bir kəs tarixini vətəninin dəyərlərini öz işində və əməlində gənc nəsillərə ötürsün.
Fikrimcə, mütəmadi olaraq dünya azərbaycanlılarının birliyinə, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə daha mütəşəkkil təbliğinə imkan yaradacaq layihələr həyata keçirilməlidir. Bu kimi layihələrin icrası eyni zamanda azərbaycançılıq ideyasının təbliğinə xidmət edir".




шаблоны для dle 11.2
Tarix: 3-08-2020, 14:51







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?