"MayoMed" klinikasından növbəti xeyriyyəçilik addımı A- / A+
 

"MayoMed" klinikası dövlətin koronavirus pandemiyası ilə mübarizəsinə öz töhfəsini verib.
 
"MayoMed" klinikasının baş direktoru Qəzənfər Aloyev "News12.az"-a bildirib ki, pandemiya ilə mübarizədə adi vətəndaşlardan tutmuş böyük şirkətlərə qədər hər bir şəxs öz üzərinə düşən öhdəlikləri yerinə yetirərək dövlətə dəstək olmalıdır, bu problemlərin aradan qaldırılması uğrunda atılan addımlara qoşulmalıdır: "MayoMed klinikası olaraq biz də bu yöndə dəstəyimizi əsirgəməməyə çalışırıq və nail oluruq. Klinika olaraq həkimlərimizi və tibbi personalımızı səfərbər edib evlərdə xidmət göstərmək kimi məsələlərə start vermişik. Eyni zamanda bizim bir layihəmiz var, hansı ki mən bunu qeyd etməyə bilməzdim. Çünki bu, Azərbaycanda bir ilkdir. Bu layihənin kökündə əslində, xeyriyyəçilik durmuşdur. Bu layihə nədən  ibarətdir? Bu layihə sayəsində vətəndaşlar çox az bir məbləğ ödəyərək  çoxsaylı laboratoriya müayinələrindən, instrumental müayinələrdən, həkim müayinəsindən keçmək və həkim nəzarətində olmaq, yüksək çeşidli fizioterapiya xidmətlərinin  istifadə olunmasına yönləndirilmişdir. Bununla bağlı ciddi işlər  görülüb və  artıq lahiyəmizə  start verilib. Bu layihənin mahiyyəti ondan ibarətdir ki, sadəcə 299 manat ödəməklə yuxarda sadaladıqlarım hər bir məsələnin həllini tapmaq mümkündür. Xüsusi bir məqamı da qeyd etmək istəyirəm ki, layihəmizlə bağlı müraciət edən hər bir şəxs bizim bu xidmətlərimizdən sadəcə bir dəfə yox, il ərzində limitsiz şəkildə istifadə edə bilər. Beləliklə, MayoMed klinikası olaraq biz öz töhfəmizi verməyə çalışırıq".
шаблоны для dle 11.2
Tarix: 25-06-2020, 13:41



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      Geoloji parklarda ovçuluq qadağan edildi

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?