Razi Nurullayev: "QHT-lərə xarici fondlara çıxışa icazə verilməlidir" A- / A+
 
“QHT-lərin xaricdən qrant almasına məhdudiyyətlər qoyuldu. Nə baş verdi? Yenə də Azərbaycan əleyhinə işləyən təşkilatlar xaricdən faydalanır”. 
News12.az xəbər verir ki, bunu Milli Məcisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

Onun sözlərinə görə, məhdudiyyətlər tam aradan qaldırılmalı, QHT-lərə xarici fondlara çıxış imkanı verilməlidir.

"QHT-lər xarici fondalarla işləyərsə, insanlara daha rahat yardım göstərə bilər. Bir araşdırma apardım. Koronavirusla bağlı xarici QHT-lər fondlarla birgə fəaliyyət göstərir. Amma Azərbaycanda QHT-lər bunu edə bilmirlər. Hesab edirəm ki, hər şeyi dövlətin üzərinə yıxmaq olmaz. QHT-lər də insanlara yardım edə bilər və fondlarla rahat işləmək üçün məhdudiyyətlər aradan qaldırılmalıdır”.
шаблоны для dle 11.2
Tarix: 24-04-2020, 13:29







TAM XƏBƏR
Facebook
Foto

Geoloji parklarda ovçuluq qadağan edildi

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?