Azərbaycan Xalq Cumhuriyyətinin ilk müdafiə naziri Xosrov bəy Sultanovun ANIM günüdür -FOTO A- / A+
 
Xosrov bəy Sultanovun vəfat etdiyi  günüdür

Bu gün müstəqil cümhuriyyətin ilk Hərbiyyə naziri Xosrov bəy Sultanovun vəafat etdiyi  gündür. 

Xosrov bəy Sultanov Azərbaycan Xalq Cümhuriyyətinin önəmli simalarından biridir. O mayın 28-dən iyunun 17-dək davam edən birinci hökumət kabinetində hərbi nazir, ikinci və üçüncü hökumət kabinetində isə əmək naziri olub.

Sonradan nə 4-cü, nə beşinci hökumətdə təmsil olunub.

Və biz Xosrov bəy Sultanovu Qarabağın general qubernatoru kimi mühüm bir postda görürük. Qarabağın müdafiəsi üçün o hətta gözündən belə keçərdi. 

Bir qıza görə gözünü qurban verən oğlan əlbəttə ki, vətəni üçün canını da verərdi. Həqiqətən də 1919-cu ilin yanvarın ortalarından Qarabağa general qubernator təyin olunan Sultanovu ermənilərlə mübarizədə cəsur bir mövqedə görürük. 

Azərbaycanda sovet hakimiyyəti qurulanda Xosrov bəy Sultanov əmisi oğlu Çingiz İldırıma və Nəriman Nərimanova güvənərək onlarla bir çətir altında qalıb işləyəcəyinə ümid edirdi. 

Onu elə Qarabağa, kabinetindəcə həbs edib Bakıya-Bayıl türməsinə gətirirlər.

Deyilənlərə görə, Xosrov bəy Sultanovu həbsdən Çingiz İldırım və Nəriman Nərimanov qaçırdır. Və Xosrov bəy Sultanv digər cümhuriyyətçilər kimi Türkiyəyə yerləşir.

O 1943-cü ilin yanvarında İstanbulda vəfat edir. Məzarı Feri köy qəbiristanlığındadır.

  

шаблоны для dle 11.2
Tarix: 8-01-2020, 13:12







TAM XƏBƏR
Facebook
Foto

Azərbaycanda qalmaqallı kitab yazıldı - Məşhur hüquqşünas Ramil Usubov, Namiq Abbasov və digər məmurların obrazını yaratdı

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?