"Ayan Məmmədli son dərəcə professional bir ifa təqdim edib" A- / A+
Bugünlərdə Avstriyanın Vyana şəhərində F.Şubert adına Konservatoriyanın tələbələrinin 2020- ci ilin gəlişi münasibətilə geniş konserti keçirilib. Sevindirici haldır ki, konsertdə dünyanın Çin, Koreya, Almaniya, Fransa, Serbiya, Türkiyə, Avstriya və digər müxtəlif ölkələrindən olan ifaçı iştirakçı tələbələr arasında Azərbaycandan olan I kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli də olub. Vyanada konsert salonlarından birində keçirilən konsertdə əsasən böyük klassik Avstriya bəstəkarları olan Şubert, Brams, Bax, Motsart, Haydın və Bethovenin əsərləri simli, nəfəsli alətlərdə, kvartet və xor qrupunun ifasında səsləndirilib. Konsertdə Ayan Məmmədlinin fortapianoda yeganə solo ifası, hər kəs tərəfindən böyük rəğbətlə qarşılanıb. Təsadüfi deyil ki, konsertin sonunda F.Şubert adına konservatoriyanın rektoru Daniela Egg, professor Lefteris Grigoriadis və digərləri Ayan Məmmədlinin ifasına böyük dəyər verərək bildiriblər ki, I kurs tələbəsi olmasına baxmayaraq, Ayan son dərəcə professional bir ifa təqdim edib. “Bu da onun mükəmməl baza biliyinə malik olmasının bariz göstəricisidir”, deyə Daniela Egg vurğulayıb.Hesab edirik ki, həmyerlimiz Ayan Məmmədlinin təhsil aldığı uzaq Avropada qazandığı hər bir uğur, həm də bizim doğma vətənimizin uğurudur. Ümid edirik ki, Ayan Məmmədli kimi istedadlı gənclərimiz dövlətimizin onlara bəslədiyi etimadı hər zaman layiqincə doğruldacaqlar.

Fuad Hüseynzadəшаблоны для dle 11.2
Tarix: 24-12-2019, 16:58







TAM XƏBƏR
Facebook
Foto

Oqtay Əsədovun seçiciləri ilə görüşlər keçirilir-FOTOLAR

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?