DTX xəyalları puç etdi A- / A+
Bu dünyanın işlərindən baş açmaq olmur, heç olmur. Neçə-neçə arzu gözdə qalır, neçə-neçə əməl sözdə qalır, neçə-neçə yalan çılpaqlığıyla düzdə qalır. Bir də görürsən həyat dəvəni eşşəyin quyruğuna bağlayıb. Bir də görürsən dəvə qalxmamış dam uçub tökülür dəvənin başına. Mən bu dünyada çox qəribəliklər görmüşəm. Göz yumduğum haqsızlıqlar da olub, səsimi çıxartdığım vaxtlar da. Amma, bir şeyi dəqiq bilirəm ki, həyatda oynamaq olar, həyatla oynamaq olmaz. Ağlım kəsəndən dünyaya göz qoymuşam. Dünyaya göz qoyandan çox mətləbdən agah olmuşam. Çox mətləbdən agah olandan ürəyim ağrayır. Məsələn, gərdiş Səddam Hüseyni qurban bayramı günü kəndirdən sallayanda mən uşaq idim. Və bu mənzərə elə o vaxtlar mənə əyan etmişdi ki, bu dünyada şahlığa da etibar yoxdur. Qəddafi qaçıb kanalzasiyada gizlənəndə məğrurluq, mənəm-mənəmlik gözümdən düşmüşdü. Ermənilər gəlib torpağımızı işğal edib, elə türkün torpağından Türkiyəyə "qondarma erməni soyqırımı" iddialarıyla hürəndə həyasızlığı tanımışam. Rüşvətxorun rüşvəti tənqid etdiyini görəndə satiraya filana da biganələşmişəm. Nə bilim e, az həngamə görməmişəm.Bu yaxınlarda DTX icra başçılarından birini və o birini həbs etdi. Sən demə bu həmkarlarına oxşamış rüşvət almaq, Dövlətin pulunu mənimsəmək kimi qara-qura işlərlə məşğul imiş. Belələrinin təkəbbürü də mənə tanışdır. Özü də əksəriyyətinin qarnı qabağa olur. Lap yaxşı ki həbs etdilər, sağ əli o birilərinin başına, inşAllah. Hə, bu tuthatut vaxtı başqa bir mənzərənin də şahidi oldum. O mənzərəni telekanallar göstərsə də, hər baxan görməyib. Mən istədim ki, bu görünməyəni sizə göstərim. Bu görünməyən Tanrı deyil, amma, Tanrının işləridir. Bax, həmkarlarının həbs olunduğunu görən digər icra başçılarında olan narahatlıq və bizdə olan rahatlıq düşünüləsi bir hal deyilmi? Düşünmək gərək deyilmi ki, bu məmurlara, məmur uşaqlarının dəbdəbəli həyatına həsəd aparan çoxları, sən demə, yeri gələndə o məmurlardan, məmur gədələrindən xoşbəxt, azad imiş?! Məsələn, bu gecə çox rahat yatmışam. Çünki, rüşvət almamışam, Dövlətin mənə vermədiyi səlahiyyətdən istifadə etməmişəm, daxilən azad yıxılıb yatmışam. Amma, bu tutulan məmurların həmkarları necə, onlar da rahat yatıblarmı? Ay tövbə. DTX-nın "qəfil qapını açıb içəri girər qorxusuyla", bəyin üzünü toy günü görəcək gəlin həyəcanıyla yatağa uzanmaq, bütün yığdıqlarını, bu vaxta qədər yaşadığın bütün kefləri burnundan gətirməyi də var bu dünyanın, məmur əmi. Şəkər oldunmu, gülməşəkər?!Toxunacağım başqa bir mövzu da ki var, bu da məmurlara aid deyil, sırf sadə, adına azad vətəndaş dediyimiz sıravi kəslərə aiddir. DTX yaxşı iş gördü, lakin, həm də yaxşı iş görmədi.Allah bilir neçə nəfər səhər durub icra başçısına yaltaqlanmağın yolların axtarır, xəyalını qururmuş. Səhər açıldı, icra başçısı həbs edildi. DTX o kimsələrin xəyallarını puç etdi. Bəs o arzular, o diləklər?! Yuxusuz qalıb bütün gecəni yaltaqlanmağın ən modern üsulunu fikirləşəsən, səhər o boyda ideya heçə dönə. Ağır dərddir. Vergülə dönmüş qamətlər nida olanda gör bu dünyanın halını.Sonda bircə dua etmək istəyirəm. Allahım, bütün klassik, modern, posmodern yaltaqlıqdan sənə sığınıram!
Yusif Nazim Ərəbsoyшаблоны для dle 11.2
Tarix: 23-12-2019, 11:35







TAM XƏBƏR
Facebook
Foto

Azərbaycanda qalmaqallı kitab yazıldı - Məşhur hüquqşünas Ramil Usubov, Namiq Abbasov və digər məmurların obrazını yaratdı

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?