Milli qəhrəmanlarımızın adı əbədiləşdirilən məktəb-liseydə görüş keçirilib A- / A+
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov və Nərimanov rayonunda yerləşən “Ankara” məktəb-liseyinin direktoru Səmayə Eynullayeva tərəfindən Milli Qəhrəmanların Guşəsinin yaradılması, vətənpərvərlik ruhunun aşılanması mövzusunda tədbir keçirilib.Tədbirdə Milli Qəhrəman Sahil Məmmədov, Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtım İctimai Birliyinin sədri Elşən Uluxanlı, İctimai Birliyin humanitar şöbəsinin sədr müavini, həmçinin şəhid Milli Qəhrəmanın qardaşı Əbdül Səfalı, Milli Qəhrəman Samir Xasıyevin anası Gözəl Xasıyeva, şəhid Milli Qəhrəman Rövşən Əliyevin bacısı Fəranə Əliyeva, şəhid Milli qərəmanların həyat yoldaşları,
Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzinin Fizioterapiya və reabilitasiya şöbəsinin müdürü Gülcöhrə Bağırova, AYB- nin üzvü, şairə Dilguşə Gülümcan, filalogiya elmləri namizədi, yazıçı Jalə Cəfərova, gənc şair Sahib Məmmədov, Milli qəhrəmanlar haqqında çoxlu filmlər çəkən rejissor Kəmalə Musazadə, Qubadlı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbəri Arzu İbrahimova və s. qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycanın dövlət himni ilə başlayıb. Sonra "Ankara” məktəb-liseyinin direktor müavini Məhəbbət Qurbanova və məktəb-liseyin kimya müəllimi Sevda Əlizadənin təşkilatçılıq və rəhbərlikləri ilə şagirdlərin hazırladıqları çox möhtəşəm bir kompozisiya tədbir iştirakçılarını valeh edib.
Direktor Səmayə Eynullayeva gələn qonaqları yüksək səviyyədə qarşılayıb və salamlayıb. Yaratdıqları Milli Qəhrəmanların Guşəsi ilə tədbir iştirakçılarını tanış edib.Direktor Səmayə Eynullayeva deyib ki, məktəbdə tez-tez uşaqlara vətənpərvərlik ruhunu aşılayan tədbirlər keçirirlər. Qeyd edib ki, məktəbdə şəhid və Qarabağ qazisi övladlarına daimi diqqət göstərilir.Digər çıxış edənlər də Milli Qəhrəmanlar haqqında ürək sözlərini söyləyiblər.Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov nümayəndəliyinin sədr müavini Qəzənfər Aloyev Milli qəhrəmanların ailələrinin, imkansız və kimsəsiz insanların müayinəsinin Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzində təmənnasız keçirildiyini bildirib.Qəzənfər Aloyev “Ankara” məktəb-liseyinin şagirdlərinin də lazım gələrsə təmənnasız müayinəsinin həyata keçiriləcəyini vurğulayıb.
Şagirdlərin hazırladıqları kiçik səhnəciyi tədbir iştirakçıları göz yaşıyla seyr ediblər.
Yazıçı Jalə Cəfərova və şairə Dilguşə Gülümcan öz kitablarını Milli Qəhrəman Sahil Məmmədova, məktəbin direktoru Səmayə Eynullayevaya, o cümlədən məktəbin kitabxanasına təqdim ediblər.
Sonda Milli Qəhrəman Sahil Məmmədov haqqında çəkilmiş film göstərilib.
Gənclərimizin milli ruhunun çox yüksək olmasını “Ankara” məktəb-liseyində təşkil olunmuş bu tədbir bir daha sübut edib.
Çox yüksək səviyyədə təşkil olunmuş bu tədbirə görə bütün iştirakçılar Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov nümayəndəliyinin sədri Ədhəm Məmmədova və “Ankara” məktəb-liseyinin direktoru Səmaya Eynullayevaya öz dərin təşəkkürlərini bildiriblər.
Bu tədbir bir daha sübut edir ki, Vətənin keşiyində durmağa, zəbt olunmuş torpaqlarımızı geri almağa, Vətəni üçün canından keçməyə hazır olan yeni nəsil yetişir.
шаблоны для dle 11.2
Tarix: 16-12-2019, 13:13







TAM XƏBƏR
Facebook
Foto

Oqtay Əsədovun seçiciləri ilə görüşlər keçirilir-FOTOLAR

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?