Milli Qəhrəman Əsəd Əsədovun anım günü qeyd edilib A- / A+
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əsədovun anım günü qeyd edilib. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayonu üzrə sədri Ədhəm Məmmədov tərəfindən təşkil edilən tədbirdə Əsəd Əsədovun yaxınları, şəhid ailələri, Qarabağ qaziləri, iş adamları, QHT və KİV nümayəndələri qatılıblar.Gələn tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra akt zalında Milli Qəhrəmanı anıblar və ruhuna dua ediblər.
Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayonu üzrə sədri Ədhəm Məmmədov çıxış edərək tədbir iştirakçılarını İctimai Birliyin sədri Elşən Uluxanlı adından salamlayıb. Ədhəm Məmmədov Milli Qəhrəman Əsəd Əsədov haqqında geniş məlumat verib: “Əsəd Əsədov 1956-cı il mart ayının 22-də Zəngilan rayonunun Turabad kəndində sadə bir ailədə doğulmuşdur. 1963-1973 cü illərdə Mincivan qəsəbəsində orta məktəbi bitirmişdir. 1975-ci ildə Əsəd Əsədov Sovet Ordusunda qulluğa çağrılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Saratov vilayətində Krasnokutsk şəhərində Təyyarəçilik məktəbinin mülkü aviasiya şöbəsinə daxil olmuşdur. 1976-cı ildə təyyarələrin uçuş istismarı peşəsinə yiyələnərək, Yevlax Mülkü Aviasiya İdarəsində öz ixtisası üzrə işləməyə başlayır.Çox qısa bir müddəddə Ə. Əsədov kollektivin rəğbətini qazanır.
Erməni işğalçıları torpaqlarımıza təcavüzə başlayanda o da, ermənilərə qarşı mübarizəyə qoşulur.
Ə.Əsədov təcrübəli bir pilot kimi dəfələrlə döyüş bölgələrinə uçuşlar edir və hər dəfə də,ekstremal vəziyyətlərdən düzgün qərar qəbul edərək düşmənin layiqli cavablarını vermişdi.
Yevlax Aviasiya Şirkətinə məxsus AH-2 təyyarəsinin komandiri Ə. Əsədov Qarabağ səmasında düşmənə çoxlu sayda zərbələr endirmişdir.
1991-ci ol oktyabr ayının 29-da Ə.Əsədov 9 nəfər döyüşçü ilə Xocalı aeraportuna kömək etmək üçün havaya qalxdılar.Xanabad kəndi üzərindən ucarkən düşmən tərəfindən atəşli hücuma məruz qaldılar. Cəsur Komadir heyət üzvləriylə birlikdə bu hücumda vertalyotun vurulması nəticəsində həlak oldular.
Azərbaycan Respublikasının Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 nömrəli Fərmanı ilə Əsəd Soltan oğlu Əsədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Ailəli idi. Dörd uşağı yadigar qaldı. Ə.Əsədov Zəngilan rayonunda dəfn edilib.
Zəngilan rayonu Turabad kənd orta məktəbinə və Mincevan qəsəbəsindəki mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilmişdir”.
Sonra şəhidin həyat yoldaşı Sevil Əsədova həyat yoldaşının qəhrəmanlığından, Vətənə bağlılığından danışıb. Şəhidin adını daşıyan nəvəsi babası ilə fəxr etdiyini, lazım gələrsə babasının yolunu davam etdirməyə hazır olduğunu bildirib.
Bir çox şəhid və imkansız ailələrinə təmənnasız yardım etmiş Fizoterapiya və Riabilitasiya Mərkəzinin direktoru Qəzənfər Aloyev öz çıxışında imkansız ailələrə yardım etməyə hər zaman hazır olduğunu dildirib: “Ölkəmizdə əhalinin sosial müdafiəsinin təşkili iqtisadi inkişafın əsas məqsədi kimi müəyyən olunub və bu siyasət artıq bir neçə ildir ki, Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Nəticədə ölkəmizin aztəminatlı təbəqəsinə dövlət qayğısı ilbəil artır. Artıq bu bir həqiqətdir ki, dövlət bütün aztəminatlı ailələrin, eləcə də müharibə veteranları və şəhid ailələrinin əsas dayağıdır. Biz də Azərbaycan vətəndaş olaraq bu istiqamətdə fəaliyyətimizi hər zaman davam etdiririk”.Fizoterapiya və Riabilitasiya Mərkəzinin həkimi Gülçöhrə Bağırova təmənnasız şəhid və imkansız ailələrə yardımını əsirgəmədiyini bildirib: “Azərbaycan dövlətinin ali məqsədi öz vətəndaşlarının sosial rifahını yaxşılaşdırmaqdır. Əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi dövlətin apardığı sosial siyasətin başlıca istiqamətidir”.
Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Xəzər-Pirallahı rayon nümayəndəliyinin sədri Elçin Əzimov belə tədbirlərin daimi keçirilməsinin önəmindən danışıb.
Tədbirdə digərləri də çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğurunda canlarından keçən vətən övladlarının ailə üzvlərinə dövlətin daimi diqqət göstərdiyini vurğulayıblar.

шаблоны для dle 11.2
Tarix: 31-10-2019, 14:53







  • : Гости
  • ICQ: {icq}
  • : --
  • :
  • : 0
  • : 0
^
Очень полезный блог, автор всегда (почти) описывает актальные темы. Спасибо. где взять 200 рублей на киви bbiz club
TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?