Ermənipərəst Zatulin haqqında ilginc məlumatlar A- / A+


Qarabağa qanunsuz səfərlər edən, Azərbaycana qarşı çıxışları ilə “xal” və “bal” toplamağı hədəfləyən Zatulin Bakı-Moskva əlaqələrinə zərbə vurmağa çalışır; Rusiyadakı diaspor üzvlərimiz deyir ki...

Rusiya Dövlət Dumasının deputatı, “Lazarev klubu” nun təsisçilərindən biri Konstantin Zatulin ermənipərəst mövqeyi ilə o dərəcədə diqqət çəkib ki, hətta Rusiyada Liberal Demokrat Partiyasının (IDPR) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski belə həmkarını tənqid edib.

Belə ki, Jirinovski Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsi sədrinin müavini, qatı ermənipərəst mövqeyi ilə tanınan Zatulini Azərbaycanın işğal altındakı ərazilərinə etdiyi qanunsuz səfəri və orada Qarabağ münaqişəsinə dair verdiyi bəyanatlara görə qınayıb.

Qeyd edək ki, Konstantin Zatulin oktyabrın 11-də işğal altında olan Azərbaycan torpaqlarına səfər edib. Separatçı rejimin keçirdiyi “Artsaxın dostları Ədalət və sülh naminə əməkdaşlıq” adlı “beynəlxalq forum”da çıxış edən rusiyalı deputat Azərbaycan əleyhinə bəyanatlar səsləndirib. Jirinovski onu və bütövlükdə digər deputatları Qarabağ münaqişəsinin həllinə dair ehtiyatsız, düşünülməmiş bəyanatlar verməkdən çəkinməyə çağırıb. “Qarabağda müəyyən siyasi qüvvələrin forumu keçirildi və bizim deputat Zatulin çox təcrübəlidir, amma o orada elə danışdı ki, Ermənistana böyük simpatiya nümayiş etdirdi. Qarabağ məsələsinin həllinə dar əsasən Ermənistanın xeyrinə olan həll layihəsi verdi və bu da Azərbaycanda hiddətə səbəb oldu. Bunu eləmək olmaz, bundan xeyir yoxdur. Bu (Qarabağ münaqişəsi - red.) ən ağrılı nöqtədir və heç vaxt həll olunmayacaq” - Jirinovski deyib. Virtualaz.org-un xəbərinə görə, Zatulinin erməniləri himayə edən mövqeyinə toxunan LDPR lideri əlavə edib ki, Dövlət Dumasının deputatlarının “həlli olmayan ağrılı nöqtələrə” toxunması arzuolunmazdır. “Konstantin Fyodoroviç belə bəyanat verməli deyildi, çünki bu (Qarabağ) bizim böyrümüzdədir və kimsə ocağa bir-iki odun atıb Kataloniyadan betər alovlandıra bilər” - Jirinovski əlavə edib.

Xatırladaq ki, Jirinovski dəfələrlə Qarabağ münaqişəsinin ancaq Azərbaycanın və Ermənistanın Rusiyanın tərkibinə qayıdacağı halda həll edilə biləcəyini deyib. Rəsmi Bakı Zatulinin Qarabağa qanunsuz səfərinə və orada verdiyi bəyanatlara görə Rusiya tərəfinə etiraz notası verib. Rusiya XİN isə bu səfəri “deputatın şəxsi təşəbbüsü” adlandırıb və rəsmi Moskvanın mövqeyini əks etdirmədiyini bildirib.

Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva Rusiya Dövlət Dumasının üzvü K.Zatulinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilən “forum”da qanunsuz iştirakına dair sualı cavablandırarkən bildirib ki, bu şəxsin ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirilən “forumda” qanunsuz iştirakı onun Azərbaycan əleyhinə yönəlmiş növbəti təxribatıdır. L.Abdullayeva xatırladıb ki, Zatulinin adı Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlər etdiyi üçün müvafiq “qara siyahı”ya daxil edilib. “Konstantin Zatulinin ”forum"da qanunsuz iştirakı və onun Azərbaycan əleyhinə təbliğat xarakteri daşıyan əsassız fikirləri rəsmi Rusiyanın mövqeyi ilə tamamilə uzlaşmır" - açıqlamada deyilir.

Rəsmi Bakının etirazına Rusiyadan da reaksiya verilib. “Dağlıq Qarabağla bağlı səsləndirilən fikirlər şəxsi fikirlərdir. Rusiya Federasiyasının rəsmi mövqeyini isə Xarici İşlər Nazirliyi açıqlayıb”. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova belə deyib. “Biz diplomatik kanallarla Azərbaycandan nota almışıq. Bizim saytda çoxdan yerləşdirilib ki, Dağlıq Qarabağa Azərbaycan Respublikasının razılığı olmadan getmək Azərbaycanın ”qara siyahı"sına düşmək deməkdir. Rusiya Federasiyasının bu məlumatı hər kəsə aiddir", - M.Zaxarova bildirib.

Rusiyadakı Azərbaycan səfirliyi də məsələyə etirazını bildirib. Qeyd olunub ki, rəsmi şəxs, hakim partiyanın üzvü, onun parlamentdəki təmsilçisi olan Konstantin Zatulin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın rəsmi mövqeyinə uyğun hərəkət etməlidir: “Onun diqqətinə çatdırırıq ki, bu mövqeyi onun özü deyil, Rusiya Federasiyasının rəhbərliyi müəyyən edir”.

Rusiyadakı Azərbaycan İcması Dövlət Dumasının deputatı, ermənipərəst Konstantin Zatulinin işğal altındakı Azərbaycan torpaqlarına qanunsuz səfər etməsi və orada Azərbaycan əleyhinə bəyanatlar səsləndirməsi ilə bağlı Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə və Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb. Moskva vilayət regional Federal Milli Mədəni Muxtariyyətinin Şurası tərəfindən göndərilən müraciətdə Azərbaycan İcması Dövlət Duması deputatının etik normalara əməl etməməsi səbəbindən çıxış etmək hüququndan məhrum edilməsini istəyib.

Zatulin kimi ermənipərəstlərin davranışlarından həvəslənən separatçılar isə növbəti özbaşınalıqlara imza atırlar. Qarabağda qondarma separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” sayılan Araik Arutyunyan ad-soyadlı məxluqun başçılığıyla bir qrup separatçı fəal işğal altındakı Zəngilan rayonumuzdakı məşhur çinar meşəsində geniş tədbir keçirib. Moderator.az xəbər verir ki, Xankəndindəki erməni nəşrlərinin yaydığı məlumata görə, tədbirdə məqsəd “prezident”liyə namizəd A.Arutyunyanın lideri olduğu “Azad vətən” partiyasının yeni üzvlərinin biletlərini təqdim etməklə yanaşı, Azərbaycan torpaqlarında gəbərmiş hərbçi soydaşlarının xatirəsinə bir parkın salınması haqda qərar vermək olub. Qərara alınıb ki, 2020-ci il aprelin 2-də işğal altındakı Laçın rayonunun erməni kilsəsinə çevrilmiş məşhur Ağaoğlan məbədi yaxınlığında hər bir gəbərmiş erməni hərbçisinin (yəqin ki, aprel savaşında) adına onun ailə üzvləri tərəfindən bir ağac əkilsin. 

Qeyd edək ki, bugünlərdə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı və qurumun Ali Məclisinin rəhbəri Barat İmani Rusiyada səfərdə olarkən K.Zatulinin qanunsuz səfəri ilə bağlı da müzakirələr aparılıb, görüşlərdə bununla bağı etirazlar sərgilənib. Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos FMMM)  yubiley tədbirində çıxış edən professor Kamran Rüstəmov bildirdi ki, Zatulin Dağlı Qarabağa gedəndə Rusiyadakı azərbaycanlılar 62 imza toplayıb Dövlət Dumasına göndərib və ona etiraz ediblər.  Bəs Zatulin kimiləri dayandırmaq, Rusiya-Azərbaycan əlaqələrinə xələl gətirən ermənipərəstləri bu yoldan çəkindirmək üçün daha nələr etmək olar?

QAT sədri Akif Nağı ile ilgili görsel sonucu

QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Jirinovskinin bu məsələyə bu cür münasibət bildirməsi müəyyən mənada yaxşıdır: “Necə deyərlər, ”dəlidən doğru xəbər". Amma onun yanaşmasını da tam düzgün hesab etmirik. O da rus şovinizmi mövqeyindən çıxış edir. Zatulini isə heç şovinist də hesab etmək olmaz. O, sadəcə, ermənilərin pul kisəsinə xidmət edir. Moskvaya birgə səfərimiz zamanı siz də şahid oldunuz ki, ermənilər ona külli miqdarda pul sərf etməklə əllərində saxladığını deyirlər. Bunu ona alınan ofis, mənzil və sair xərclər aydın şəkildə göstərir. Bu faktları Rusiyada hər kəs bilir. Bu zatulinlərin qarşısını necə almağın yolunu da Rusiya diaspor təşkilatlarımız artıq özləri üçün müəyyənləşdiriblər. Siz də söhbətlər zamanı gördünüz ki, ona qarşı həm ictimai qınaq prosesinə başlanılıb, həm də Rusiya qanunlarına uyğun olaraq məhkəmə proseslərinə start verilib".

A.Nağı hesab edir ki, diaspor təşkilatlarımız düz yoldadır: “Bir neçə uyğun məhkəmə qərarından sonra digərləri də özlərini yığışdıracaqlar. Digər tərəfdən, bizimkilər də obyektiv mövqedə dayanan mütəxəssisləri, deputatları, məmurları fəallaşdırmaq üçün daha səmərəli addımlar atmalıdırlar. Rusiyaya son səfərimiz zamanı bir daha əmin olduq ki, bu cür adamların sayı Rusiyada kifayət qədərdir”.

Rusiyada fəaliyyət göstərən PATRIOT TV internet kanalının baş direktoru, ictimai xadim Ceyhun Əliyev “Yeni Müsavat”a bu mövzuda danışarkən dedi  ki, Konstantin Zatulin Qarabağa ilk dəfə deyil ki, qanunsuz səfər edir: “Bu siyasətçi uzun illərdir ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına gedir, orada keçirilən tədbirlərdə ermənipərəst çıxışlar edir və tarixi faktlari saxtalaşdırır. Bildiyimiz kimi, o, adı Azərbaycan tərəfindən ”qara siyahi"ya salınmış siyasətçilərdəndir. Zatulin Köcəryan, Sərkisyan hakimiyyəti dövründə Azərbaycanın əleyhinə çıxışlarına və erməniləri dəstəklədiyinə görə özünə həm Rusiyada, həm də digər ölkələrdə gözəl şərait yaradıb. Lakin Pasinyan hakimiyyətə gəldiyi ərəfədə, onun əleyhinə etdiyi çıxışlara görə indiki Ermənistan hakimiyyəti onun bütün maliyyə kanallarını bağlayıb".

C.Əliyev dedi ki, Zatulin Qarabağa səfəri zamani erməni xalqına və indiki Ermənistan hakimiyyətinə sadiq olduğunu göstərməyə çalışsa da, Paşinyan hakimiyyəti onu qəbul etmir: “Bu tipli ikiüzlü siyasətçinin Rusiya Dövlət Dumasının deputatı adını daşıması Rusiyanin imicinə də xələl gətirir. Bir çox deputatlar da onun bu səfərini pisləyiblər. Jirinovski, Kalaşnikov kimi deputatlar da çox sərt reaksiya veriblər və bu deputatın Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərini pisləyiblər. Eyni zamanda Pasinyan hakimiyyəti artıq Konstantin Zatulinin gələcək arzularını gözündə qoydu. Bu hakimiyyət onun xidmətlərindən istifadə etmək istəmir”.

Moskva Azərbaycan icmasının sədri Şamil Tağıyev ile ilgili görsel sonucu

Moskva Azərbaycan icmasının sədri Şamil Tağıyev isə “Yeni Müsavat”a dedi ki,  Zatulinin ermənilər tərəfindən maliyyələşdirilməsi heç kim üçün sirr deyil: “Nəinki Zatulin, digər ermənipərəst siyasətçilər də var ki, Rusiya Ermənilərinin İttifaqı və biznes strukturları tərəfindən maliyyələşirlər. Zatulin də onlardan biridir. ”Lazarev klubu"nun yaradılmasında birbaşa Zatulinin rolu var. Ermənilər özləri yazırdılar ki, o, hər ay gördüyü işlərə görə 1 milyon rubla yaxın vəsait qazanır. Düzdür, maliyyə almasını sübut etmək bir az çətindir. Çünki vəsait “Lazarev klubu”, yaxud onun özünə məxsus olmayan hesablar vasitəsilə gəlir". 

Zatulini durdurmağın yollarına gəldikdə, Ş.Tağıyev dedi ki, biz yalnız Dövlət Duması, XİN və Prezident Aparatında etiraz məktubu göndərib, Zatulinin Rusiyadakı fəaliyyətini məhdudlaşdıra bilərik: “Çünki Dövlət Dumasının üzvü olduğuna görə, onun deputat toxunulmazlığı var. Tək ictimai təşkilatlar yox, həm XİN, həm səfirlik Rusiya XİN-ə, Prezident Aparatına və Dövlət Dumasına müraciət ediblər ki, Zatulinlə bağlı qərar qəbul olunsun. Yəqin ki, bu müraciətlərə müsbət cavab alarıq. Ancaq bu, o demək deyil ki, Zatulin və digərləri dayanacaq. Ona görə də təkcə ictimai sektorda yox, həm də dövlət sektorunda, biznes sektorunda bu işdə maraqlı insanlar olmalıdır ki, bu istiqamətdə işlər getsin. Yəni biz tərəfdən də başqa siyasətçilər ortaya çıxıb Zatulinin cavabını verə bilərlər”.

Hər halda, əvvəlki dönəmlərdən fərqli olaraq Azərbaycanın müvafiq qurumlarının etirazları ilə paralel olaraq Azərbaycan diaspor nümayəndələrinin də zatulinlərə qarşı hərəkətə keçməsi effektli nəticələr əldə etmək baxımından faydalıdır. Rusiya Azərbaycan kimi önəmli müttəfiqini itirmək, yaxud özünün böyük maraqlarını Kreml ətrafında ermənilərdən mülk payı qaparmış zatulinlərin maraqlarına qurban vermək istəməz. Deməli, işləmək, çalışmaq, inandırmaq lazımdır. Rusca..."

шаблоны для dle 11.2
Tarix: 24-10-2019, 11:58



Digər xəbərlər




      TAM XƏBƏR
      Facebook
      Foto

      Məmmədəliyevin hüzr mərasimində

      Son xəbərlər
      Sorğu

      Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?