Çavuşoğlu:”Suriyada qarşısımıza terrorçu çıxsa, məhv edəcəyik” A- / A+

 

“YPG/PKK-çı terrorçular Qamışlı şəhəri daxil olmaqla, Türkiyə sərhədindən 30 km cənuba geri çəkiləcək”.

News12.az xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyə-Rusiya arasında imzalanan Soçi razılaşmasının detallarını şərh edən nazir bildirib ki, Türkiyə 5 gün ərzində iki dünya nəhəngi ilə razılaşma əldə edərək siyasi uğurunu tarixə yazdırıb: “Bu iki ölkə ilə iki razılaşmanın əldə edilməsi əhəmiyyətli idi. Böyük bir oyunu pozduğumuz, terror dövlətinin qurulmasını əngəllədiyimiz üçün sərt reaksiyalara məruz qaldıq. Dünyanın ən böyük iki ölkəsi “Barış pınarı”nın qanuniliyini qəbul edib”.
Çavuşolu qeyd edib ki, terrorçular 150 saat ərzində 30 km cənuba çəkiləcək. Kobanidən İraq sərhədinə qədər 10 km cənuba ortaq nəzarət 150 saatdan sonra başlayacaq. Əsəd rejimi Qamışlıda olduğu üçün o şəhər istisnadır.
Nazir, həmçinin, kürdlərlə PKK/YPG-ni eyni şey adlandıranların kürd qardaşlara həqarət etdiyini deyib.
“Pompeo ötən gün mənə zəng etdi və ABŞ əsgəri birliklərinin YPG ünsürlərini çıxardığını dedi. Mən də dedim ki, Suriyada qarşısımıza terrorçu çıxsa, məhv edəcəyik. Dünən də Putin “Biz YPG/PKK-ya güclü ultimatum verəcəyik. Geri çəkilməsələr, siz nə lazımdırsa, edərsiniz” dedi. Rusiya vədini yerinə yetirməyə başlayıb”,- Çavuşoğlu qeyd edib.
шаблоны для dle 11.2
Tarix: 23-10-2019, 14:14







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?