Fransa məhkəməsi ermənilərin Şuşa ilə bağlı "dostluq" müqaviləsini ləğv etdi — Azərbaycanın növbəti DİPLOMATİK QƏLƏBƏSİ A- / A+

 
Cümə günü Lion İnzibati Məhkəməsi Villerban şəhəri ilə Azərbaycanın separatçı anklavı - Dağlıq Qarabağın Şuşa şəhər bələdiyyəsi arasında imzalanmış dostluq və qardaşlıq haqqında müqaviləni ləğv edib.

News12.az xəbər verir ki, bu barədə oktyabrın 18-də "Frans Press" agentliyi bildirib.

Hakimlər hesab ediblər ki, bu müqavilə Fransanın beynəlxalq öhdəlikləri nəzərə alınmadan imzalanıb və qanuna ziddir, - məhkəmənin bəyanatında deyilir.

2015-ci ildə imzalanmış bu sənəd Dağlıq Qarabağ erməniləri, Fransanın müxtəlif bələdiyyələri və departamentləri ilə qondarma Dağlıq Qarabağ hakimiyyəti arasında imzalanmış 10-dan çox sazişdən biridir.

Xatırladaq ki, son aylar Fransa məhkəmələri həmin müqavilələrdən əksəriyyətini ləğv edib.
шаблоны для dle 11.2
Tarix: 18-10-2019, 16:33







TAM XƏBƏR
Facebook
Foto

Məmmədəliyevin hüzr mərasimində

Son xəbərlər
Sorğu

Qarabağı hansı yolla qaytarmağın tərəfdarısınız ?